Ekspert:"Mərkəzi Bank valyuta ehtiyatlarını artırmalıdır!" - NİYƏ ?
14:45 17.07.2018
Arxiv
777
"Azərbaycanın valyuta ehtiyatlarının artması təbii haldır”
Bu barədə "Sherg.az”a Azərbaycanın valyuta ehtiyatlarının 10 faiz artması barədə danışarkən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Onun sözlrinə görə, verilmiş statistik rəqəmlər Azərbaycan Mərkəzi Bankı (AMB) və Azərbaycan Respublikasının Dövlət Neft Fondunda (ARDNF) olan vəsaitlər, subsidyalarını əks etdirir:
"Bu ilin 6 ayında ARDNF-nin bütövlükdə gəlirləri 9 milyard 137 milyon manat olub. Həmin dövr ərzində ARDNF 4 milyard 731 milyon manat xərcləyib. Nəticədə fond cəlb etdiyi məbləğin yarısını xərcləyib, yarısını isə rezerv kimi qoruyub saxlayıb. ARDNF-ə daxil olan vəsait neft və qaz satışından əldə edilən gəlir hesabınadır. Ümumilikdə fonda 8,6 milyard manat vəsait birbaşa neft və qaz satışından daxil olub. Bu ilin 6 ayının yekunlarında ARDNF-nin rezervləri 6,2 faiz artaraq, 38 milyard 36 milyon dollara qalxıb. AMB ilə müqayisədə fond neft və qaz satışı ilə məşğul olduğu üçün rezervləri daha çoxdur. 2014-2015-ci illərdə AMB valyuta ehtiyatlarını bir hissəsini sərf etdiyi üçün bankın rezervlərində kəskin azalmalar müşahidə edildi. Sonrakı dövrdə xüsüsən də ARDNF-nin dollar satışını artırması AMB-ə rezervlərini qorumaq imkanı verdi. Bu baxımdan güman olunur ki, növbəti dövrlərdə strateji valyuta ehtiyatlarında ARDNF-nin payı daha yüksək olacaq. ABM çalışmalıdır ki, öz valyuta ehtiyatlarını artırsın ki, gələcəkdə valyutaya ehtyacı olduqda öz vəsaitindən istifadə etsin”.
Qeyd edək ki, Azərbaycanın valyuta ehtiyatları bu il iyulun 1-nə 43 548,8 mln. ABŞ dolları təşkil edib. Bunun 87,34%-i və yaxud 38 036,1 mln. dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 12,66%-i və yaxud 5 512,7 mln. dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 409,1 mln. dollar və yaxud 0,95% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 404,4 mln. dollar və yaxud 1,07%, AMB-nin valyuta ehtiyatlarında isə 4,7 mln. dollar və yaxud 0,09% artım olub.Son bir ildə isə ölkənin valyuta ehtiyatları 3 793,8 mln. dollar və yaxud 9,54% artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatlarında 3 245,2 mln. dollar və yaxud 9,33%, AMB-nin valyuta ehtiyatlarında isə 548,6 mln. dollar və yaxud 11,05% artım olub.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm