Elçin Əlibəyli baş redaktorluqdan getdi





"Publika.az” saytının baş redaktoru Elçin Əlibəyli tutduğu vəzifədən ayrılıb.

Bu barədə "Ölkə.Az”-a saytın redaksiyasından məlumat verilib.

"Elçin Əlibəylinin saytdan nə səbəbə ayrılması barədə məlumat verilmir. Hələlik onun vəzifəsinə təyinat da yoxdur”, - deyə redaksiyadan bildirilib.

Xatırladaq ki, Elçin Əlibəyli əvvəllər də "Publika.az” saytının baş redaktoru vəzifəsində işləyib və 2013-cü ildə işdən çıxarılıb.

O, 2016-cı ildə yenidən həmin sayta baş redaktor təyin edilib.