Elə direktorlar var ki, artıq əli oğurluğa öyrəşib
19:27 10.03.2016
Arxiv
843
“Yaxşı olar ki, layihəni saxlasınlar, məktəb direktorlarının dəyişdirilməsi prosesi başa çatandan sonra tətbiq etsinlər”
Azərbaycanda ümumtəhsil məktəbləri rəhbərlərinin fəaliyyəti işin həcmindən və keyfiyyət göstəricisindən asılı olaraq stimullaşdırılacaq. Bu barədə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabat”ında əks olunub.
Təhsil Nazirliyinin təklifləri əsasında "Dövlət ümumi təhsil müəssisələrinin direktorunun, direktorun tədris (təlim-tərbiyə) işi, lisey (gimnaziya) və digər profil üzrə müavinlərin aylıq vəzifə maaşlarına əlavələrin və birdəfəlik mükafatın müəyyən edilməsi haqqında” qərar layihəsi hazırlanıb. Layihənin hazırlanmasında əsas məqsədlərdən biri ümumi təhsilin keyfiyyətinin yüksəldilməsidir.
Təhsil eksperti Nabatəli Qulamoğlu isə bu layihəni birmənalı şərh etməyin çətin olduğunu deyib: "Çünki məktəb direktorları mahiyyət etibarı ilə müxtəlif olurlar. Nazir tərəfindən yenicə təyinat alan məktəb direktorları var ki, onlara məktəblərdə qayda-qanun yaratmaq, təhsilin keyfiyyətini yüksəltmək barəsində ciddi tapşırıqlar verilib. Hansı ki belə məktəblərə nadir hallarda rast gəlmək olur və onların sayı barmaqla sayılacaq qədər azdır. Elə direktorlar da var ki, artıq əli oğurluğa öyrəşib. Sözügedən qərarın tətbiqi isə onların əl-qolunu daha da açacaq. İşin həcmindən və keyfiyyət göstəricisindən asılı olaraq fəaliyyətini stimullaşdırmaqla onların rəhbərlik etdiyi məktəblərdə təhsilin keyfiyyətini yüksəltmək inandırıcı görünmür. İşə qəbul olan zaman müvafiq prosedur qaydalarından keçən məktəb direktorları müəyyən mənada tələblərə cavab verən şəxslərdir. Onların fəaliyyətini stimullaşdırmaqla effektiv nəticələr əldə etmək olar. Sözügedən qanun layihəsini bütün direktorlara şamil etmək yanlış olardı. Ya bu layihəni saxlasınlar məktəb direktorlarının dəyişdirilməsi prosesi başa çatandan sonra tətbiq etsinlər, ya da fərdi qaydada tətbiq etsinlər”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol