"Elə gedişatlar var ki..." - Girovun oğlu
11:48 27.11.2017
Arxiv
666
Kürdoğlu Əsgərov: "... mətbuata açıqlaya bilmərəm. Amma hər zaman vurğulamışam, indi də qeyd edirəm ki, güclü Azərbaycan dövlətinin, liderimiz İlham Əliyevin sayəsində mən atama qovuşacağam"
"Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov girovlarımız - Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması üçün konkret addımlar atır”.
Bunu "Sherg.az”a Kəlbəcərdə yaxınlarının məzarını ziyarət edərkən erməni separatçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.
O söyləyib ki, Ə.Həsənov Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti ilə görüşəndən bir müddət sonra girovlarımızla videogörüntülü danışa bildik:
"Bundan əlavə Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi və Girovların hüquqlarını Müdafiə Komitəsi çox işlər görür. Elə gedişatlar var ki, mətbuata açıqlaya bilmərəm. Yalnız onu demək istərdim ki, cənab Prezident şəxsən bu məsələni diqqət mərkəzində saxlayır. Hər zaman vurğulamışam, indi də qeyd edirəm ki, güclü Azərbaycan dövlətinin, liderimiz İlham Əliyevin sayəsində mən atama qovuşacağam. Tək mən deyil, girovların yolunu gözləyən hər kəs onlara qovuşacaq”.
Qeyd edək ki, 2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedən kəlbəcərli girovlarla bağlı həmin ilin dekabr ayında qondarma məhkəmə prosesi keçirilib. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə "azadlıqdan məhrum” edib. Girovların azad edilməsi ilə bağlı bir çox addımlar atılsa da, onları azad etmək hələ mümkün olmayıb. Hazırda onlarla əlaqə yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəsilə saxlanılır.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə