Elektron ticarətdə dünya standartlarının tətbiqinə başlayacağıq





Milli Məclisin bu gün keçirilən iclasında Birləşmiş Millətlər Təşkilatının "Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulmaq haqqında qanun layihəsini müzakirə edilib.

"Sherg.az" xəbər verir ki, iclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, müzakirə edilən konvensiya 2005-ci ildə qəbul edilib. 

Onun sözlərinə görə, bu konvensiyaya qoşulmaqla elektron ticarətin tənizmlənməsi ilə bağlı dünya standartlarının tətbiqinə başlayacağıq: "Bundan başqa, elektron imzanın tanınması üçün də bu konvensiya mühüm əhəmiyyətə malikdir. Qeyd edim ki, ölkəmiz bu konvensiyaya bəyanatla qoşulub".

Anar