Əli Həsənov: Nursultan Nazarbayevin müdrik siyasətinin nəticəsi olaraq Qazaxıstanda möhkəm sülh, sabitlik hökm sürür
08:54 27.11.2017
Arxiv
319
Noyabrın 27-də Qazaxıstanın paytaxtı Astanada Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə "Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilindəki nəşrinin təqdimat mərasimi keçirilir.
Tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri, Qazaxıstan Respublikası Birinci Prezidenti Kitabxanasının direktor müavini Мahmud Kasımbekov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali və başqaları iştirak edirlər.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, kitabın ön sözünün müəllifi Əli Həsənov tədbirdə çıxış edib.
Əli Həsənov Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq əlaqələrindən, təqdimatı keçirilən əsərin məziyyətlərindən danışıb. Prezidentin köməkçisi eyni taleyi yaşayan xalqlarımızın həyatında liderlərin danılmaz rolundan söhbət açıb.
Qeyd edilib ki, Nursultan Nazarbayevin müdrik siyasətinin nəticəsi olaraq hazırda Qazaxıstanda xalqlar və millətlər arasında möhkəm sülh, sabitlik hökm sürür, multikultural dəyərlər daşıyan funksional bir cəmiyyət formalaşıb. 130-dan artıq xalqın nümayəndələri, o cümlədən azərbaycanlılar vətəndaş sülhü və ümummilli həmrəylik şəraitində yaşayır və fəaliyyət göstərirlər.
Kitabı rus dilindən Azərbaycan dilinə Azərbaycan Ali Media, İ.Qaspralı adına Beynəlxalq Türk Akademiyasının media mükafatları laureatı, publisist-jurnalist, Azərbaycan Televiziyasının Orta Asiya ölkələri üzrə müxbir bürosunun keçmiş rəhbəri Aida Eyvazova (Aida Eyvazlı Göytürk) tərcümə edib. Nəşrin məsləhətçiləri Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali və Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyev, redaktoru Vəli Əkbərdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə