“Əli İnsanov dövlətə, millətə və Qarabağa nankor çıxdı” - Deputat
14:58 03.05.2019
Arxiv
490
"Azərbaycan xalqı heç vaxt Əli İnsanovların ardınca getməyib, getməyəcək də”.
Bu sözləri "Sherg.az”a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib.
Deputat qeyd edib ki, kimliyindən, siyasi əqidəsindən asılı olmayaraq gərək heç kim yaxın keçmişini unutmasın:
"Ə.İnsanov həbsdən öncəki həyatına nəzər salmalıdır. O həbsdə olan müddətdə külli miqdarda xərclədiyi pulları haradan alırdı? Təbii ki, nazir maaşı ilə həmin dəbdəbəli həyatı yaşaya bilməzdi. Onun kim olduğunu xalq yaxşı bilir. Nazir işlədiyi müddətdə var-dövlət yığmışdı. Bunlar da hər kəsə məlumdur.
Ə.İnsanov və onun kimi bir qrup insanlar xalqına, vətəninə, millətinə nankor çıxanlardır. Cənab Prezident humanistlik göstərdi deyə Ə.İnsanov əfv olundu. Həbsdən çıxanda onun televizyalarda vəziyyəti göstərildi, elə bil sanatoriyadan çıxırdı. Xarici görünüşü həbsdən çıxana bənzəmirdi”.
E.Məmmədov qeyd edib ki, Ə.İnsanovu nazir postuna ulu öndər Heydər Əliyev təyin etmişdi:
"O, iqtidar komandasında çalışmışdı. Amma xəyanətkarlığı ifşa olundu və törətdiyi cinayət əməllərinə görə həbs edildi. Onun etdikləri yüngül bir şey deyildi. Amma cənab prezident yenə humanistlik göstərib, onu əfv etdi. Bu gün Ə.İnsanovun tərfdaşları görün kimlərlə əməkdaşlıq edirlər. Bu hərəkətlərlə Ə.İnsanov özünə yeni bir quyu qazamağa başlayıb. Nə qədər dərin qazsa, yenə həmin quyuya yenə özü düşəcək.
Hesab edirəm ki, Azərbaycan xalqı uzaqgörən, ağı qaradan seçməyi bacaran xalqdır. Ə.İnsanovun kim olduğunu xalqımız yaxşı bilir və yerindəcə qiymətini verir. Əli İnsanov bu dövlətə, millətə və Qarabağımıza nankor çıxan adamdır. Zamanı gəldikdə layiqli cəzasını alacaq”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol
Avropa İttifaqı Rusiyaya məxsus tankeri saxladı
17:58 22.07.2026
Gündəm