Əli İnsanov ermənilərə firavan həyat, Azərbaycanlılara isə qisas mesajı verdi
14:46 03.05.2019
Arxiv
537
Həbsdən çıxdığı gün keçirdiyi qısa brifinqi nəzərə almasaq, Əli İnsanovun 2 may tarixində mediaya verdiyi açıqlamanı, onun ilk geniş müsahibəsi saymaq olar. Kaş ki, bu müsahibəni verməyəydi. Adam danışdıqca həm özünü ifşa edib, həm də xalqımız üçün yeni problemlərin təməlini qoyub.
Diqqət çəkən ilk məqam müsahibənin xarici KİV-lərə verilməsidir. Hansılar ki, Azərbaycana qarşı dost münasibət göstərməyiblər, ölkəmizin ciddi problemlərini heç vaxt işıqlandırmayıblar, qaçqın, köçkün problemini görməzdən gəliblər, yalnız qalmaqal yaratmaq, anti-təbliğat kampaniyalarına qoşulmaqla yadda qalıblar.
Əli İnsanovun da ilk açılım üçün bu cür transmilli KİV-lərə üz tutması təsadüfi deyil. Çünki, onun müsahibəsi ünvanlı mesajlarla zəngindir. Bu mesajların əksəriyyəti milli maraqlara qarşı yönəlib, xaricdən himayəçi axtarışına hesablanıb. Himayə olunacağı təqdirdə milləti "su qiymətinə satacağını” vəd edib. Özünə hörmət edən hansısa milli KİV qurumu, yəqin ki, bu mesajları dərc etməzdi.
Əli İnsanov çıxışına başlayan kimi, erməni atalar sözlərindən sitatlar gətirib. Düşünməyin ki, uzun müddət həbsdə qalmış bir adamın yaddaşı pozulub, Azərbaycan zərb məsəllərini unudub, ona görə qondarma erməni folkloruna müraciət edib. Yox, tam əksidir, onun yaddaşı yerindədir. Ermənilərdən sitata gətirməklə, məhz ermənilərə və erməni havadarlarına mesajlar verib. Bu mesajları öncə atalar sözü ilə ifadə edir. Deyir: "Ermənilərin gözəl atalar sözü var: çörək haradadır, vətən oradır”. Bundan sonar İnsanov fikrini daha açıq tekstlə ifadə edir: "Ermənilərə firavan həyat bəxş etmək lazımdır ki, Azərbaycanda rahat yaşamaqlarının mümkün olduğunu görsünlər”. Hər kəs bilir ki, kökündən yanlış tezisdir. Çünki, ermənilər Qarabağ müharibəsinə qədər Azərbaycanda firavan həyat sürüblər. Amma fürsət yaranan kimi, öz xəyanətlərini büruzə veriblər. Bunu kim də bilməsə, İnsanov yaxşı bilir. Onun yaşı, iş təcrübəsi imkan verir bilsin ki, ermənilərə Azərbaycanda tarix boyu necə şərait yaradılıb, onlar isə qarşılığında Azərbaycana necə zərbə vurublar. Bunları bilə-bilə, İnsanov yenidən "ermənilərə firavan həyat vəd etməklə nə məqsəd güdür? Mətiq deyir ki, adamın yeganə məqsədi erməni lobbisindən dəstək almağa hesablanıb.
Əli İnsanov siyasətə döndüyünü elan edir. Tezliklə siyasi partiya quracağını, tərəfdaşlarını toplayacağını bildirir. Normal halda siyasətə gəlmək istəyən şəxs, ilk mesajını öz xalqına, yaşadığı topluma verməlidir. Dəstəyi xalq arasında axtarmalıdır. İnsanov hazırda yaşadığı Azərbaycan toplumuna deyil də, ilk mesajını nədən ermənilərə ünvanlasın, dəstəyi orada axtarsın? Fikirlər çoxdur, sırada məntiqli görünənlər də var.
İnsanov vəzifəyə, dövlətə, millətə, xalqa olan münasibətini nazir işlədiyi dönəmdə büruzə verib. Rüşvət, qisasçılıq, "tayfabazlıq” kimi çirkinlikləri özü üçün prinsipə çevirib. Kiminsə ortaya çıxıb İnsanovun nazir işləməsindən razılıq ifadə etməsini görmüsünüzmü? Həbsi də bu neqativlərlə bağlı olub. Əlavə olaraq, dövlət çevrilişinə cəhd ittihamı alıb. Nəticə çıxır ki, adamın planı baş tutsaydı, yəni dövlət çevrilişinə nail olub daha yüksək posta gəlsəydi, neqativ davranışlarının çevrəsi də artacaqdı.
Onun bir məmur olaraq davranışları jurnalistlərə daha çox tanışdır. Azərbaycanda senzura ləğv edildikdən sonar mediaya qarşı ən çox məhkəmə iddiası qaldıran məmur kimi qalıb yaddaşlarda. 2000-ci illərin əvvəllərində jurnalistlərin ən çox piket keçirdikləri, etiraz etdikləri məkan Səhiyyə Nazirliyinin qarşısı olub.
Həbsdə qaldığı müddət ona səhvini anlamaq üçün kifayət etməyib. Əfv edilib azadlığa qovuşduğu ilk anda, həbsxana qapısında keçirdiyi ilk brifinqdə elan etdi ki, "mən dəyişməmişəm”. Dəyişməyibsə, xalq onun yeni yaradacağı partiyaya dəstək verəcəkmi? Məntiq yox deyir. KİV-lər də ona dəstək verməzlər. Yəqin ki, bütün bunları özü də hesaba alıb. Deməli, ilk müsahibəsini xarici KİV-lərə verməsi, burada erməni atalar sözündən sitat gətirməsi, ermənilərə mesaj göndərməsi, hakimiyytə gələrsə, onlara firavan həyat yaradacağını vəd etməsi təsadüfi deyil.
İnsanov müsahibəsində Azərbaycan auditoriyasını da unutmayıb, onlara da mesaj göndərib. Problem, bu mesajların ifadə etdiyi mənalardadır. "Kəfən geyib gəlmişəm” deyən insanovun Azərbaycan xalqına verdiyi mesaj vətəndaş qarşırurması və qisasçılıqdır. Xalq işini bilsin: gündəmə yeni müxalifət partiyası, onun önündə isə başına kəfən salmış qisasçı gəlir.
Müşfiq Ələsgərli
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol
Avropa İttifaqı Rusiyaya məxsus tankeri saxladı
17:58 22.07.2026
Gündəm