Elman Türkoğlu xəstəxanaya yerləşdirildi - Bayraqdar ürəyindən əziyyət çəkir - FOTO

Bayraqdar Elman Türkoğlunun səhhətində problemlər yaranıb. 
"Sherg.az"ın xəbərinə görə, E.Türkoğlu ürək xəstəliyindən əziyyət çəkir. O bildirib ki, həkimlər xəstəxanada müalicə almasını tövsiyyə ediblər: 
"Çoxdandır ki, ürəyimdə ağrılar var idi. Son 3-4 gündə ağrılar şiddətlənməyə başladı. Həkimlər müalicəni xəstəxana şəraitində davam etdirməyimi istədilər. Bu gündən xəstəxanaya yerləşdirilmişəm". 
Qeyd edək ki, E.Türkoğlu Milli Azadlıq Hərəkatı zamanından bayraqdar olaraq tanınır. 
Anar