Elmar Məmmədyarov Moskvada Bakının mövqeyini açıqladı
21:05 22.04.2014
Arxiv
520
“Azərbaycan Xəzər dənizinin hüquqi statusunun Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət ruhunda həllinin tərəfdarıdır”
Azərbaycan əməkdaşlığın bütün sahələrinə, o cümlədən Xəzər dənizinin hüquqi statusuna dair məsələlərin Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət ruhunda, qarşılıqlı tərəfdaşlıq, sülh vasitələri və danışıqlar yolu ilə həllinə sadiqliyini bir daha təqsdiq edir.
Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycanın bu mövqeyini XİN rəhbəri Elmar Məmmədyarov dünən Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iclasında deyib.
Nazir qeyd edib ki, bu ilin payızında Astraxanda nəzərdə tutulan gündəliyin tam hazırlanması və Xəzəryanı dövlətlərin ölkə başçılarının sammitində yekun sənədlərin qəbulu Xəzər probleminin təməl prinsiplərinin razılaşdırılmasına dair gözəçərpacaq dərəcədə irəliləyişə zəmin yaracaq və Xəzəryanı dövlətlərin əməkdaşlığı üçün mövcud bazanı möhkəmləndirəcək.
Azərbaycan XİN rəhbərinin sözlərinə görə, Xəzər regionu dövlətlərinin əməkdaşlığı üçün hüquqi bazanın möhkəmləndirilməsi məqsədilə əhəmiyyətli iş görülüb. "Hazırda Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlıq haqqında saziş hazırlanıb və imzalanmağa hazırdır. Bununla yanaşı Xəzər dənizində fövqəladə vəziyyətlərdən xəbərdarlıq və onların aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında saziş razılaşdırılıb. Həmçinin Xəzər dənizinin bioloji resurslarının qorunub saxlanması və rasional istifadəsi haqqında sazişin son uyğunlaşdırması üzərində ekspertlərin işi davam edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi
AKP Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
11:19 08.11.2026
Siyasət