Əməkdar Mədəniyyət İşçisi vəfat edib
11:34 07.04.2021
Arxiv
445
Tanınmış teatr xadimi, Bir çox teatrlarda məsul vəzifələrdə çalışmış əməkdar mədəniyyət işçisi Həsən Həsənov dünyasını dəyişib.
Bu barədə həmkarı və dostu əməkdar artist Sərvər Əliyev Şərqə məlumat verib.
Sərvər Əliyev bildirib ki, Həsən Həsənovun dünən qəfildən halı pisləşib və xəstəxanaya yerləşdirilmişdir. Həkimlərin səyinə baxmayaraq bu gün səhər saatlarında xərçəng xəstəliyindən 71 yaşında vəfat edib.
Məlumat üçün bildirək ki, Həsən Nəsib oğlu Həsənov 1950-ci il iyul ayının 7-də Gürcüstanın Bolnisi rayonunun (Borçalı mahalının) Faxralı kəndində anadan olub. 1957-ci ildə Faxralı kəndində orta məktəbə gedib, 1968-ci ildə orta məktəbi bitirib. 1969-cu ildə Bakı şəhər 1 nömrəli texniki peşə məktəbinə daxil olub. 1970-ci ildə peşə məktəbini fərqlənmə diplomu ilə bitirib, 6-cı dərəcəli çilingər peşəsinə yiyələnib. 1970-ci ildə Bakı Kitabxanaçılıq texnikumunun Mədəni Maarif şöbəsinin “Özfəaliyyət teatr kollektivinin rəhbəri” fakultəsinə daxil olub. 1971-ci ildə həqiq hərbi xidmətə çağırıldığı üçün təhsilini yarımçıq qoyub hərbi xidmətə yollanıb. Hərbi xidmət illərində SSRİ-nin yaradılmasının 50 illiyinə həsr olunmuş həvəskar sənət müsabiqəsində iştirak etmiş, laureat nişanı ilə təltif olunmuşdur. Hərbi xidməti bitirdikdən sonra Bakıya gəlib təhsilini davam etdirib və texnikumu fərqlənmə diplomu ilə bitirib. Texnikumda oxuduğu illərdə Əbilov adına Mədəniyyət evinin xalq teatrının truppasına daxil olub. Burada bir neçə əsərdə baş rolun ifaçısı olub. Sabit Rəhmanın “Toy” komediyasında Surxay, Həsən Seyidbəylinin “Sən nə üçün yaşayırsan?” pyesində professor Səməd və s. rolları canlandırıb.
1976-cı ildə Mirzə ağa Əliyev adına İncəsənət İnstitutunun Mədəni Maarif fakultəsinə daxil olub, 1981-ci ildə institutu bitirib.
Həsən Həsənov 40 illik sənət fəaliyyəti dövründə müxtəlif yerlərdə çalışıb. 1977-1983-cü illərdə Faxralı kənd orta məktəbində musiqi müəllimi işləyib. 1981-1986-cı illərdə A.S.Puşkin adına Tiflis Pedaqoji institutunda "Azərbaycan dili və ədəbiyyat kafedrası"nda "İncəsənət Tarixi"ndən mühazirələr oxuyub. 1986-1988-ci illərdə Bolnisi rayonu Cəfərli kənd Mədəniyyət evində direktor vəzifəsində çalışıb. 1988 ci ildə Marneuli şəhər Mədəniyyət evinə bədii rəhbər vəzifəsinə təyin olunub. 1990-cı ildə Gürcüstandan Azərbaycana gəlib. Elə həmin ildə Bakı şəhərində Term zavodunda klub müdiri, altı aydan sonra həmin zavodun Mədəniyyət sarayında bədii rəhbər vəzifəsində çalışıb
2014-2017-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrında direktor müavini vəzifəsində çalışıb. 2017-ci ildən "Audiokitab" layihəsinin rəhbəridir.
3 may 2011-ci idə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar Mədəniyyət işçisi fəxri adına layiq görülüb
Allah rəhmət eləsin
Turan Etibaroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp: Bəlkə də, Əli Xameneini öldürməməli idik
16:37 13.10.2026
Gündəm
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm