Əminə Ərdoğan liderlərin həyat yoldaşlarıyla görüşüb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan, Belçikanın paytaxtı Brüseldəki NATO zirvəsinə qatılan lider xanımlar üçün təşkil edilən proqrama iştirak edib.
ABŞ, Fransa, Lüksemburq, Slovenya, İslandiya və Bolqarıstan dövlət başçılarının həyat yoldaşlarının da iştirak etdiyi proqramın ev sahibliyini Belçika Baş naziri Charles Michelin həyat yoldaşı edib.
Belçika Kraliyet Gözəl Sənətlər Muzeyini ziyarət edən heyət, Laeken Kraliyet Sarayına keçərək Kraliça Mathilde tərəfindən verilən axşam yeməyinə qatılıb. Əminə Ərdoğan burada prezidentlərin həyat yoldaşlarıyla söhbət edib.