Ən yaxşı ucuz smartfonlar açıqlanıb
17:15 23.03.2021
Arxiv
493
"Samsung", "Apple", "OnePlus" və digər brendlərin smartfonları alışı tövsiyə edilən qurğular siyahısına daxil edilib. Bu barədə "International Data Corporation" (IDC) konsaltinq şirkətinin tədqiqatında deyilir.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, şirkət mütəxəssisləri tərəfindən qiyməti 270-400 dollar arasında dəyişən yeddi ən yaxşı ucuz smartfon seçilib. Tədqiqat müəllifləri 2021-ci ilin əvvəlində qurğuların qiymətinin 363 dollaradək artdığı orta qiymət kateqoriyasına istinad ediblər. Nəticədə ekspertlər dəyərinə görə yüksək xüsusiyyətlərə malik ucuz smartfonları sadalayıblar.
Reytinqdə "Samsung Galaxy A32" yer alıb - smartfonun 128 giqabaytlıq quraşdırılmış versiyası bazarda 300 dollar dəyərində qiymətləndirilib. Ekspertlər tərəfindən 90 giqaherslik yeniləmə tezliyini dəstəkləyən keyfiyyətli və böyük ekran vurğulanıb. Həmçinin siyahıya yüksək məhsuldarlıq, böyük yaddaş tutumu, dörd obyektivli kameraya görə 285 dollar dəyərində qiymətləndirilən "Xiaomi Poco X3" daxildir.
315 dollara təklif edilən "Oppo Reno 4 Lite" analitiklər tərəfindən ucuz "Mediatek Helio P95" prosessoru istisna olmaqla qabaqcıl smartfon adlandırılıb. "Realme 7 Pro" tədqiqatda ən sürəli enerjidoldurmaya malik qurğu kimi qeyd olunub - onun batareyası 100 faizlik enerjini 34 dəqiqəyə toplayır. "OnePlus Nord" modeli texniki xüsusiyyətlərinə görə qabaqcıl modellərdən cüzi fərqlənən keyfiyyətli və ucuz qurğu kimi göstərilib.
Qiyməti 328 dollara bərabər "Honor 30S" beşinci nəsil mobil rabitə dəstəyi, 6 giqabaytlıq operativ yaddaş tutumunun mövcudluğu, "NFC", dörd sensora malik kameralara görə qeyd olunub. Siyahıya, həmçinin "iPhone 8" smartfonu daxildir. Ekspertlər tərəfindən 2017-ci ilin smartfonu keyfiyyət və ucuzluq baxımından sadalanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya