Energetik içkilərin zərəri - Genefondumuzu dəyişir



"Energetik içkilərin təsiri altına düşən insanlar da narkoman sayıla bilər”.

Bunu Sherg.az-a energetik içkilərin ziyanlarından danışarkən kulturoloq Aydınxan Əbilov deyib. 

O bildirib ki, energetik içkilərin tərkibində də müəyyən kofein və narkotik tərkibli maddələr var:

"Narkomanlar özlərini bədbəxt edirsə, cəmiyyətə problemlər yaradırsa, energetik içkilərdən istifadə edən şəxslər bütövlükdə Azərbaycan millətinin genefondunun dəyişilməsinə səbəb olur. Çünki bu içkilərin üzərinə baxsanız hamilə qadınlar və uşaqlar üçün qadağan edilib, yaxud bir qurtumdan artıq istifadə etmək olmaz kimi xəbərdarlıqlar edilib. Bu qadağalara əməl etmədikdə nəticə sonsuzluğa, gərginliyə aparır, gənclərin fiziki cəhətdən sağlam böyüməsinə ciddi mane olur. Ona görə də, narkomaniya dedikdə biz yalnız narkotik vasitə olaraq bildiyimiz maddələrdən istifadəni nəzərdə tuturuq. Amma əslində bunun arialı çox böyükdür. Bu mənada mübarizə aparmaqda media, ictimai qurumlar kompleks tədbirlər görməlidirlər”.

Ayyət Əhməd