Bakıda itə qarşı amansızlıq: Boğazına ip bağlanan heyvan can verir - FOTOLAR

Xəzər rayonunun Buzovna qəsəbəsində itə qarşı qəddarlıq edildiyi bildirilir.

Sherg.az xəbər verir ki, hadisə Buzovna qəsəbəsi, Abşeron küçəsi, 25 ünvanında, 9-cu dalanda qeydə alınıb. İddialara görə, itin boğazına ip bağlanıb və heyvan hazırda can verir.

Vətəndaş itin köməyinə çataraq ona yardım etmək istəyir. Aidiyyəti qurumlardan və heyvanların müdafiəsi ilə məşğul olan təşkilatlardan hadisəyə müdaxilə etmələri, itin xilas edilməsi üçün təcili tədbirlər görmələri xahiş olunur.

İtin vəziyyətinin ağır olduğu bildirilir. Məsul qurumların məsələyə operativ reaksiya verməsi vacibdir.