Silahlara nəzarət üzrə dialoq mürəkkəb məsələdir və uzunmüddətli ekspert danışıqları tələb edir.
Sherg.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Moskva, Pekin və Vaşinqtonun iştirakı ilə üçtərəfli danışıqların keçirilməsi təşəbbüsü uzun zaman alacaq.
Peskov qeyd edib ki, silahlara nəzarət üzrə danışıqların bərpasına mümkün qədər tez başlanmalıdır. O, həmçinin bildirib ki, Pekin Çin nüvə potensialının ABŞ və Rusiyanın potensialı ilə müqayisəolunmaz olduğunu əsas gətirərək belə danışıqlarda iştirakını zəruri hesab etmir.