23 yaşında, 317 cinayət işi üzrə axtarışda olan məhkum tutuldu

Türkiyənin Adana şəhərində 317 cinayət işi üzrə axtarışda olan və 10 il 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzası alan 23 yaşlı Ferhat T. saxlanılıb.

Sherg.az xəbər verir ki, o, gizləndiyi mənzildə keçirilən əməliyyat nəticəsində tutulub.

Polis araşdırması zamanı Ferhat T.-nin saxlanılmamaq üçün bir müddətdir evdən çıxmadığı, ehtiyaclarını isə internet vasitəsilə sifariş etdiyi müəyyənləşdirilib.

Seyhan rayonunda keçirilən əməliyyat zamanı mənzildən 1 ədəd avtomat silah, 2 ədəd lisenziyasız tapança, çoxsaylı patron və 5 mobil telefon aşkarlanaraq götürülüb.

Ferhat T.-nin dələduzluq, oğurluq, başqasının şəxsiyyət vəsiqəsindən və şəxsi məlumatlarından istifadə də daxil olmaqla 317 cinayət üzrə axtarıldığı bildirilib.

Polisdəki prosedurların ardından məhkəməyə göndərilən şəxs həbsxanaya təhvil verilib.