Ərdoğan hiddətləndi
15:46 11.11.2017
Arxiv
955
Terror qruplaşmasının üzvləri Berlinin, Parisin, Avstriyanın küçələrində yürüşlər təşkil edirlər, amma onlara qarşı çıxan yoxdur
"Avropa İttifaqı ölkələri PKK üzvlərinə sığınacaq verir və terrorçuların müxtəlif aksiyalar keçirməsinin qarşısını almır”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Prezident deyib ki, terror qruplaşmasının üzvləri Berlinin, Parisin, Avstriyanın küçələrində yürüşlər təşkil edirlər.
Lakin "terrora qarşı olduğunu” iddia edən Qərb dövlətləri buna qarşı çıxmırlar: "Avropa İttifaqı guya PKK-nı dəstəkləmir və terror təşkilatı kimi qəbul edir. Əgər belədirsə, nə üçün terrorçular polisin mühafizəsi altında gəzirlər, nə üçün separatçı təşkilatın liderinin portreti inzibati binalardan asılır? Avropa ölkələri özlərini elə göstərirlər ki, guya PKK-ya qarşı mübarizə aparırlar, əslində isə tam dəstək verirlər”.
Xatırladaq ki, Türkiyə rəsmiləri dəfələrlə Almaniya və Fransanın kürd terrorçularına açıq-aşkar yardım etməsini qınayıblar. Lakin xəbərdarlıqlara baxmayaraq, Avropa dövlətləri qardaş ölkənin baş bəlasına çevrilmiş PKK-ya qol-qanad verməkdən vaz keçməyiblər. Hiddət doğuran məqam odur ki, PKK-ya verilən dəstəklə yanaşı, ABŞ tərəfindən digər bir terror təşkilatı - PYD-yə də yardım edilir.
Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən siyasi elmlər namizədi, beynəlxalq məsələlər üzrə ekspert Zaur Məmmədov deyib ki, şəxsən Prezident Ərdoğan dəfələrlə Avropa ölkələrinə sərt formada irad bildirib, onları terrora dəstək verməkdən imtina etməyə çağırıb:
"Türkiyə-Qərb münasibətlərində ən önəmli məsələlərdən biri məhz kürd terrorçularına yanaşmadır. ABŞ və Avropa ölkələri bir tərəfdən bəyan edirlər ki, Türkiyə onlar üçün dost və müttəfiq dövlətdir. Qardaş ölkənin strateji əhəmiyyətinin böyük olduğunu vurğulayırlar. Lakin buna məhəl qoymadan müttəfiq adlandırdıqları ölkənin milli və dövlət maraqlarını heçə endirir, görməzdən gəlirlər.
Təbii ki, bu cür yanaşma bərabər hüquqlu münasibətlərdə heç də müsbət hal kimi dəyərləndirilmir. Məsələ ondadır ki, Türkiyə Avropa Birliyinin, ümumiyyətlə, Qərb dövlətlərinin Yaxın Şərq regionunda əsas müttəfiqi sayılır.
Türkiyə demək olar ki, hər zaman Avropa qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir. Ancaq Ankara hökuməti bunun müsbət qarşılığını heç vaxt görmür”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi