Ərdoğan Kremlə Qarabağ mesajı verib
20:34 07.11.2017
Arxiv
558
“Putin indiki şərtlər daxilində status-kvonun qorunmasına çalışır”
Maraqla gözlənilən məsələlərdən biri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya rəhbəri Vladimir Putin arasında baş tutması ehtimal edilən görüşdür. Məlumata görə, Ərdoğan noyabrın 13-də Rusiyaya səfər edəcək və həmkarı ilə mühüm məsələləri müzakirə edəcək. Görüşün gündəliyində Dağlıq Qarabağ münaqişəsinin olacağı da bildirilir.
Türkiyə rəhbəri şəxsən bildirib ki, Rusiyaya səfəri çərçivəsində Putinlə münaqişənin həlli yollarını müzakirə edəcək: "Putinlə görüş zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəyəm, çünki bu məsələdə onun mövqeyi çox vacibdir. Əgər Putin məsələ ilə birbaşa məşğul olarsa, nəticə əldə etmək daha asan olacaq”.
Bir sıra politoloqlar liderlərin görüşündə münaqişə ilə bağlı ciddi məqamların gündəmə gətiriləcəyini iddia edirlər. Onların fikrincə, Türkiyə-Rusiya yaxınlaşması Dağlıq Qarabağ düyününün açılmasına töhfə verə bilər. Cənubi Qafqaz Təhlükəsizlik və Əməkdaşlıq İnstitutunun sədri Məhəmməd Əsədullazadə bildirib ki, görüş Türkiyə-Rusiya əlaqələrinin siyasi-iqtisadi spektrlərinə həsr olunacaq. Ekspertin sözlərinə görə, görüşdə əsasən "Türk axını” qaz kəmərinin tikintisi, Rusiya ilə hərbi-texniki əməkdaşlıq və Suriyadakı vəziyyət əsas müzakirə predmeti təşkil edəcək:
"İki ölkə arasında yeni müqavilələrin bağlanılması gözlənilir. Lakin Azərbaycanın diqqətlə gözlədiyi məsələ Dağlıq Qarabağ konfliktinin Putinlə müzakirə ediləcəyidir. Ərdoğan bir neçə dəfə Putinlə münaqişənin həlli istiqamətində danışıqlar aparıb. Bundan əlavə regionda böyük geosiyasi və geoiqtisadi dəyişikliklər baş verdiyi üçün yenidən Ankaranın Moskva ilə münaqişənin həllini müzakirə etməsinə ehtiyac yaranıb. Çünki Türkiyə Minsk Qrupunun üzvüdür və problemin həllinə töhfə vermək üçün yaxından iştirakı qanunauyğundur.
Hazırda Türkiyə və Rusiya Yaxın Şərqdə baş verən siyasi şərtlər daxilində müəyyən dərəcədə siyasi ortaq məxrəcə gəlib. İqtisadi əməkdaşlığın inkişafı iki ölkə üçün strateji tərəfdaşlığa qədər yüksəlib. İki ölkə arasındakı münasibətlərin yüksək olması Ərdoğan və Putinin Qərbə baxışından irəli gəlir. Ərdoğanın "Putin istərsə, münaqişə həll edilə bilər” tezisi Moskva səfəri öncəsi Kremlə mesaj idi. Amma Kreml konfliktinin həllini istəyirmi? Məncə, yox. Putin indiki şərtlər daxilində status-kvonun qorunmasına çalışır”.
Politoloqun fikrincə, Ərdoğanla danışıqlar prosesində müəyyən həll variantları müzakirə edilə bilər: "Rusiya "Lavrov planı”ndan kənar heç bir həll planına uyğun addım atmayacaq. Ərdoğanla Putinin münaqişəyə baxışında ciddi fərq var.
Ərdoğan mərhələli, Putin isə "paket həllini” irəli sürür. Hazırda münaqişənin həllində əsas maneə Rusiya sülhməramlı qüvvələrinin Qarabağa yerləşdirilməsi, Laçın və Kəlbəcərin Azərbaycana verilməməsidir. Həmçinin, Qarabağa yekun statusda referendumun şərt kimi irəli sürülməsidir. Putinin bu plandan geri çəkilməsi mümkün görünmür. Yəni, Ərdoğan-Putin görüşü Qarabağ danışıqlarında dinamikliyi artırsa da, Kreml hələki gözləmə mövqeyində qalacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat