Ərdoğan-Putin danışıqları başladı




Ankaraya işçi səfəri başlayan Rusiya prezidenti Vladimir Putinin korteji hava limanından türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanın dövlət iqamətgahına yollanıb. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, R.T.Ərdoğan V.Putini avtomobilin qarşısında salamlayıb, daha sonra prezidentlər fəxri qarovulun qarşısından keçərək iqamətgaha daxil olublar.