Ərdoğan-Putin görüşü başa çatdı
19:50 28.09.2017
Arxiv
569
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və onun rusiyalı həmkarı Vladimir Putin arasında Ankarada keçirilən danışıqlar 1,5 saatdan çox davam edib. APA-nın xəbərinə görə, bu barədə "RİA Novosti”nin müxbiri məlumat verib.
Bakı vaxtı ilə saat 20.10-da başlayan danışıqların əsas mövzularının Suriyadakı vəziyyət, xüsusən, bu ölkədəki təhlükəsizlik zonalarında Rusiya və Türkiyə Silahlı Qüvvələrinin addımlarının əlaqələndirilməsi, İraqın kürd muxtariyyətində müstəqillik referendumu, ikitərəfli münasibətlərin müxtəlif aspektləri olacağı bildirilmişdi. Tərəflərin həmçinin "Türk axını” qaz borusu və "Akkuyu” AES-nin tikintisi, habelə hərbi-texniki sahədə əməkdaşlıq məsələlərinin müzakirə edəcəyi bildirilmişdi.
Hazırda görüş geniş tərkibdə davam edir.
Rusiya tərəfini danışıqlarda XİN rəhbəri Sergey Lavrov, prezidentin mətbuat katibi Dmitri Peskov, prezidentin köməkçisi Yuri Uşakov, energetika naziri Aleksandr Novak, Baş Qərargah rəisi Valeri Gerasimov, kənd təsərrüfatı nazirinin müavini Yevgeni Qromıko, prezidentin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, "Qazprom”un rəhbəri Aleksey Miller, "Rosatom”un rəhbəri Aleksey Lixaçov, və Rusiyanın Ankaradakı səfiri Aleksandr Yerxov təmsil edir.
Türkiyə nümayəndə heyətinin tərkibində Baş Qərargah rəisi Hülusi Akar, baş nazirin müavini Mehmet Şimşek, XİN rəhbəri Mövlud Çavuşoğlu, energetika və təbii sərvətlər naziri Berat Albayrak, iqtisadiyyat naziri Nihat Zeybekçi, Türkiyənin Moskvadakı səfiri Hüseyn Diriöz, MIT (Milli Kəşfiyyat İdarəsi) rəhbəri Hakan Fidan, müdafiə nazirinin müavini İsmayıl Dəmir, prezidentin baş müşaviri Sadık Arslan, Prezident Administrasiyası rəhbərinin müavini İbrahim Kalın yer alıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya