Ərdoğan rəqiblərinə sərt mesajlar göndərdi

"Türkiyənin ayağına ilişən bütün maneələri aradan qaldıracağıq"



 Türkiyə baş naziri R.T.Ərdoğan rəqiblərinə mühüm mesajlar göndərib.
ANS PRESS-in məlumatına görə, baş nazir həm "paralel hökümətə", həm də müxalifətə sərt sözlər ünvanlayıb:
"Türkiyədə son qruplaşma paralel qruplaşmadır. Türkiyənin ayağına ilişən bütün maneələri aradan qaldıracağıq. 17 dekabr əməliyyatları və 30 mart seçiminin müxalifəti yenidən dəyişdirəcəyini, müxalifəti Türkiyə səviyyəsi ilə birləşdirəcəyininə dair ümidlərimiz var".
Qeyd edək ki, Türkiyədə yaxınlaşan prezident seçkilərində hazırki baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini önə sürəcəyi iddia olunur. Ərdoğanın hazırki postuna isə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun keçə biləcəyi danışılır.