Erməni siyasətçi: Putinlə Paşinyan arasında qarşılıqlı etimad yoxdur
09:43 29.12.2018
Arxiv
623
Ermənistan Demokrat Partiyasının lideri Aram Sarkisyan bildirib ki, bu ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Moskvada Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqlardan sonra nümayiş etdirdiyi nikbinliyin heç bir ciddi əsası yoxdur. Əslində, bu danışıqlardan sonra iki ölkə arasında ziddiyyətlər daha da artıb.
AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, A.Sarkisyan jurnalistlərə müsahibəsində Moskva görüşündə konkret nəticələr əldə olunmadığını və bununla bağlı ətraflı məlumat verilmədiyini deyib. Onun sözlərinə görə, iki əsas məsələ - Dağlıq Qarabağ münaqişəsi və Rusiyadan idxal edilən təbii qazın qiymətləri ilə əlaqədar müsbət nəticələr əldə olunmayıb. "Qazın qiymətləri erməni xalqı üçün çox vacib məsələdir. Bizim üçün aydın deyil ki, bu məsələnin həlli niyə bu qədər yubadılır. Moskva danışıqları haqqında rəsmi məlumatdan belə görünür ki, orada yalnız rəsmi protokol görüşü olub. Kadr arxasında baş verənləri isə təsəvvür etmək çətin deyil”, -deyə erməni siyasətçi "Sputnik Armenia” agentliyinə müsahibəsində bildirib.
Məlum olduğu kimi, Vladimir Putinlə görüşdən sonra dekabrın 27-də Paşinyan "Facebook” səhifəsində təbii qazın qiymətləri ilə bağlı məsələnin həllini tapmadığını bildirmişdi. Rusiya Prezidentinin mətbuat katibi D.Peskov da öz bəyanatında bunu təsdiq edib. Görünən odur ki, "Qazprom” Ermənistana satdığı mavi yanacağın qiymətini min kubmetr üçün150 dollardan aşağı salmaq istəmir.
A.Sarkisyan bu problemlə bağlı əlavə edib ki, bəzi məlumatlara görə, 2019-cu ildə Rusiya təbii qazının qiyməti 215 dollara da qalxa bilər. Onun sözlərinə görə, Paşinyanın rəhbərliyi ilə aparılan danışıqların təfsilatının açıqlanması ermənilər üçün çox vacibdir. Siyasətçi əlavə edib ki, onun bədbin proqnozlarının əsas səbəbi Rusiya və Ermənistan liderləri arasında qarşılıqlı etimadın olmamasıdır. O, V.Putinin Ermənistanın sabiq prezidenti Robert Koçaryana ünvanlandığı Yeni il təbrikini də misal gətirərək bildirib ki, Ermənistan məhkəməsinin keçmiş dövlət başçısının həbsi ilə bağlı qətnaməsinə baxmayaraq, Rusiya rəhbərliyi ona münasibətini dəyişməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şansınızı qaçırmayın: BÜRCLƏR üçün sentyabrın ən xoşbəxt günü
08:18 02.09.2026
Sosial
Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır?
07:37 02.09.2026
Cəmiyyət
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm