"Ermənilərin Azərbaycana ayaq açmasına yol vermək düzgün deyil"

Elman Məmmədov: "Kimliyindən, hansı niyyətlə gəlməyindən asılı olmayaraq onları ölkəmizə buraxmamalıyıq"


"Erməni əsilli şəxsin Azərbaycanın şəxsiyyət vəsiqəsini alması üçün Azərbaycan vətəndaşlığına qəbul olunması lazımdır”.

Bu sözləri Sherg.az-a atası azərbaycanlı olan Qazaryan Eduard Tapdıqoviçin Azərbaycan vətəndaşlığına qəbul olunması üçün müraciət etməsinə münasibət bildirərkən millət vəkili Elman Məmmədov deyib. 

O bildirib ki, onun atası və anası – hər ikisi də azərbaycanlı ola bilər:

"Buna baxmayaraq, özü Azərbaycan vətəndaşı deyilsə, ona şəxsiyyət vəsiqəsi necə verilə bilər? Gərək o Azərbaycan vətəndaşlığına qəbul oluna ki, ondan sonra ona şəxsiyyət vəsiqəsi verilə bilər. Şəxsiyyət vəsiqəsi yalnız Azərbaycan vətəndaşına verilir”.

Ermənilərin ayağının Azərbaycana açılmasına yol verməyin düzgün olmadığını deyən E.Məmmədovun sözlərinə görə, kimliyindən, hansı niyyətlə gəlməyindən asılı olmayaraq onları ölkəmizə buraxmamalıyıq:

"Bəzisi deyir, sülh niyyəti ilə gəlirəm. Hesab edirəm ki, Azərbaycanın torpaqları işğal altında olduğu müddətdə, Azərbaycan və Ermənistan arasındakı müharibə şəraiti davam etdiyindən iki dövlət arasındakı vəziyyətə görə, sülh yoxdursa, onlar ölkəmizə gəlməməlidir. Mən bu fikirlərimi tamamilə vətəndaş mövqeyimdən səsləndirirəm və bunun əleyhinəyəm”.

Qeyd edək ki, 2015-ci ildə 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edərək Xəzər Rayon Polis İdarəsi və Dövlət Miqrasiya Xidmətinə qarşı iddia qaldıran E. Qazaryan RPİ-dən şəxsiyyət vəsiqəsi verilməsini tələb edib. Məhkəmədən isə Miqrasiya Xidmətinin onun vətəndaş sayılmaması barəsində verdiyi arayışın qanunsuz hesab edilməsini istəyib.

Aysel Aslan