Ermənilərin daha bir təxribatı: "Aqressiv reaksiya..."
19:59 08.11.2017
Arxiv
498
Parlament Assambleyasının (PA) Sloveniyada keçirilən 96-cı "Rose Roth” seminarında Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalması məsələsi müzakirə olunub.
Seminarda Azərbaycanı təmsil edən Milli Məclisin nümayəndə heyətinin rəhbəri, deputat Məlahət İbrahimqızı APA-ya bildirib ki, "Qərbi Balkanlarda keçmiş yanlışlıqlar, mövcud çağırışlar və gələcək cəhdlər” adlı toplantıda Azərbaycanın Ermənistan tərəfindən 25 ildən çoxdur işğala məruz qalması, bir milyondan çox qaçqın və köçkünün taleyi, maddi-mənəvi abidələrin ermənilər tərəfindən dağıdılması məsələsi qaldırılıb.
M. İbrahimqızı məruzə təqdim edərək bildirib ki, dəfələrlə BMT Təhlükəsizlik Şurası da daxil bir sıra beynəlxalq təşkilatlarda bu məsələ qaldırılsa da, Ermənistana faktiki olaraq heç bir real təsir göstərilməyib: "Artıq biz həmin beynəlxalq təşkilatların laqeydliyini görüb etirazımızı bildiririk. BMT Baş Assambleyasının sessiyasında da Azərbaycan prezidenti bunu açıq formada bildirdi. Bizə qarşı açıq ikili standartlar, Ermənistanın işğal faktına laqeydlik göstərilir”.
Deputat Kataloniya məsələsinə toxunaraq qeyd edib ki, Dağlıq Qarabağ separatçıları tərəfindən qanunsuz seçkilər keçirilir: "Azərbaycan 25 ildən çoxdur separatçılıqdan əziyyət çəkir. Ölkəmizin buna görə bir milyondan çox qaçqın və məcburi köçkünü var”.
Deputatın çıxışının ardınca Ermənistan nümayəndə heyətinin üzvü Karhun Nahaetyan seminar moderatorlarından mövzunu dəyişməyi tələb edib, Azərbaycanın işğala məruz qalması ilə bağlı müzakirələri pozmağa cəhd edib. Lakin onun səyləri nəticə verməyib.
Seminarın moderatoru Matej Tonine və seminar üzrə məsul şəxs, NATO təmsilçisi Stefan Zaq Azərbaycan nümayəndə heyətinin iradından sonra azərbaycanlı rəsmilərdən buna görə üzr istəyib, erməni deputatlara irad tutacaqlarını bildirib. NATO rəsmisi bu halı ikili standart kimi yox, Ermənistan nümayəndə heyətinin aqressiv reaksiyası kimi qəbul etməyi xahiş edib.
Seminar sabah davam edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət