Ermənistan ordusu torpaqlarımızdan çıxmalıdır

Elman Məmmədov: “Azərbaycana “atəşkəs rejiminə əməl et” deməyə heç bir ölkənin haqqı çatmır”



Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin ədalətli qaydada başlanıb davam etməsi üçün ilkin şərt mövcuddur. Bu barədə beynəlxalq təşkilatların münaqişənin həllinə dair mövqeyinə münasibət bildirərkən millət vəkili Elman Məmmədov bildirib.

Deputatın sözlərinə görə, Ermənistanın işğalçı qoşunları Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır: "Düşmən 1988-ci ildəki sərhədlərə çəkilməlidir. Məsələnin başqa cür həlli yolu yoxdur. Bu, ilkin şərtdir. Həmin şərtə əməl olandan sonra prosesin digər mərhələsi başlaya bilər. Digər mərhələyə də qarşılıqlı etimad, dayanıqlı atəşkəs, kommunikasiya xətlərinin açılması və s. məsələlər daxildir. Prosesin tərpənməsi üçün Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxarılmalıdır”.

Beynəlxalq təşkilatların yalnız boğazdan yuxarı bəyanatlarla kifayətləndiyini deyən parlamentarinin qənaətincə, torpaqlarımız işğaldan azad olunmasa, dayanıqlı atəşkəsdən söhbət gedə bilməz: "Beynəlxalq qurumlar bildirirlər ki, danışıqlar yolunun alternativi yoxdur və dayanıqlı atəşkəs olmalıdır. Ancaq mən bir Azərbaycan vətəndaşı olaraq bunları qəbul etmirəm. Həmin təşkilatlara səslənirəm ki, dayanıqlı atəşkəs istəyirsinizsə, qoşunlarını ərazilərimizdən çıxarması üçün düşmənə təzyiqlər göstərin. Nə qədər ki, düşmən ordusu ərazilərimizdədir, heç vaxt dayanıqlı atəşkəsdən danışmaq olmaz. Həmin qurumlar deyirlər ki, atəşkəsə əməl olunması üçün müşahidə aparacağıq. Təbii ki, bu, ermənilərin xeyrinədir. Çünki ermənilər mənim torpağımda oturub. Təmas xətti mənim ərazimdən keçir. Erməniyə atəş açmamaq sərf edir. Mənim ərazimi işğal edib, oturub. Bəs mən niyə atəşkəsə əməl etməliyəm? Torpaqları azad etmək üçün erməninin atasını yandırmaq lazımdır. Hər gün erməni ailələrinə erməni əsgərinin meyiti getməlidir. Bilsinlər ki, artıq Azərbaycanın torpaqlarından çıxmaq lazımdır. Bunlar nağıldı. Biz oturub Ermənistanı gözləməli deyilik. Məsələ belədir. Əgər deyirlərsə ki sülh yolunun alternativi yoxdur, müharibə olmamalıdır, qoy, onlar deyən olsun. Ancaq bunu  istəyirlərsə, işğalçı dövlətin bütün silahlı birləşmələrini torpaqlarımızdan çıxarmalıdırlar. Bundan sonra Ermənistan-Azərbaycan sərhədinə monitorinq qrupları göndərə bilərlər. Torpağım işğal altında ola-ola, sən mənə deyirsən ki, bununla razılaş, atəşkəs rejiminə əməl elə. Sən çox qələt edirsən. Düşmən tapdağında olan torpaq, dağılan yurd-yuva mənimkidir. Sən hansı haqla qarşıma şərt qoya bilərsən? Azərbaycana "atəşkəs rejiminə əməl et” deməyə heç bir ölkənin haqqı çatmır. Çünki biz işğala məruz qalmışıq. Bunu hamısı da gözəl bilir”.

Ayyət Əhməd