"Ermənistanın havadarı olan Rusiyanın izoliyasiyası artır”.
Bunu Sherg.az-a cəbhə xəttində gərginliklərin artma səbəblərini izah edərkən millət vəkili Tahir Kərimli deyib.
Onun sözlərinə görə, baxmayaraq ki, Rusiya hərbi cəhətdən müəyyən texnologiyalara yiyələnib, amma dünyada nüfuzu daralmaqdadır:
"İranın da hədələnməsi, ərəb və müsəlman ölkələri ilə birlikdə müşavirə keçirməsi, Rusiyanın mövqeyini dəyişərək Çinlə münasibətləri genişləndirməsi onun izolyasiyasını dünyada çoxaldır. Rusiyanın böyük müttəfiqi yoxdur. Bu mənada Ermənistan hədsiz dərəcədə narahatdır ki, onun havadarı gündən günə zəifləyir. Azərbaycanın isə istər diplomatik, istərsə də hərbi qüvvəsi artır. Belə vəziyyətdə hər bir ötən müddət Ermənistanın zəifləməsi daha çox güzəştə getməsinə səbəb olur. Ermənistan istəyir ki, nə qədər həmsədr dövlətlərin, dünya ölkələrinin içərisində güclü diaspora təşkilatları var, onların rolu qalsın. Çünki bu təşkilatların da rolu artır.
Amerika Birləşmiş Ştatlarında Dağlıq Qarabağ məsələsində Azərbaycana yardım etməyə imkan verməyən erməni şəbəkələri ifşa olundu. Bütün dünyada Ermənistan təlaş içərisindədir ki, münaqişənin sonu çətin bitəcək. Ona görə, düşmən yarımçıq hücumlarla, qıcıqlandırmalarla müşayiət olunan prosesləri öz xeyrinə gücləndirmək istəyir”.
Azərbaycan status kvonun saxlanmasından və Ermənistanın hərəkətlərindən qıcıqlandığını deyən T.Kərimli bildirib ki, əbədi atəşkəs ola bilməz:
"Azərbaycan öz torpaqlarını gec-tez azad etməlidir. Buna görə, müdafiə naziri əmr verdi ki, cəbhə xəttinə düşmənin yerləşdirdiyi bütün texnika məhv edilsin. Bizim haqqımızdır ki, torpaqlarımızda bizə düşmənçilik edən qüvvələrin qarşısını alaq. Ermənistanın "Atəşkəsi Azərbaycan pozur” ittihamının heç bir hüquqi və mənəvi əsası yoxdur. Bu bizim vətən məsələmizdir, ermənilərin deyil. Hətta Dağlıq Qarabağı iddia etsələr də hamıya məlumdur ki, ətraf ərazilər Azərbaycanındır. Ona görə də hesab edirəm ki, cəbhə xəttində toqquşmaların sayının artması, atəşkəsin pozulması təbiidir. Bu vəziyyətə bir son verilməlidir. Ermənistan bunları başa düşür. Sadəcə düşmən ölkədə hakimiyyəti ələ keçirən hərbi xunta özlərini qalib kimi aparırlar.
Münaqişəni əllərində saxlayıb, hakimiyyətdə qalmağa çalışırlar. Hazırkı vəziyyəti qorumaq üçün Ermənistan aqressiv hərəkətlər edir, amma özlərini, erməni xalqını istər iqtisadi, istər hərbi və ya siyasi cəhətdən fəlakətə sürükləyirlər. Bunu isə anlamırlar. Bu ağılsız millətin, tarixən də parazit həyatı sürən, başqa dövlətlərin qanına susayan, bunun hesabına yaşayan ermənilərin nəhayət cəzası verilməlidir. Nəhayət bir gün Ali Baş Komandan müvafiq tədbirlər görməli olacaq”.
Aysel Aslan