"Çox zaman Ermənilər ərazilərimizə qanunsuz səfərlər edirlər. Lakin həmin ərazilər Azərbaycanın torpaqlarıdır. Bəlkə də, onlar ora gedib- gəlməklə elə bilirlər ki, oradakı ermənilər üçün hər hansısa bir stimul yaradırlar. Amma Dağlıq Qarabağda yaşayan insanlar hazırda oradan köçüb, başqa yerlərə gedirlər. Çünki həmin ərazilərdə eyni zamanda Ermənistanın özündə vəziyyət çox ağırdır. İnsanların yaşaması üçün normal şərait yoxdur.
"Ermənistanda vəziyyət çox ağırdır" - Köçüb gedirlər
14:59 17.10.2018
Arxiv
1087
"Ermənistanın hakimiyət nümayəndələri qanunsuz şəkildə Dağlıq Qarabağa gedib-gəlməklə oradakı insanlara stimul verədiklərini düşünür”.
Bunu "Sherg.az”a Nipol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın bir qrup rusiyalı qadınla Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri haqqında danışarkən sabiq millət vəkili Həvva Məmmədova söyləyib.
Onun qənaətincə, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir:
"Çox zaman Ermənilər ərazilərimizə qanunsuz səfərlər edirlər. Lakin həmin ərazilər Azərbaycanın torpaqlarıdır. Bəlkə də, onlar ora gedib- gəlməklə elə bilirlər ki, oradakı ermənilər üçün hər hansısa bir stimul yaradırlar. Amma Dağlıq Qarabağda yaşayan insanlar hazırda oradan köçüb, başqa yerlərə gedirlər. Çünki həmin ərazilərdə eyni zamanda Ermənistanın özündə vəziyyət çox ağırdır. İnsanların yaşaması üçün normal şərait yoxdur. Hər zaman Qarabağ ermənilərinə boş-boş vədlər verirlər. Lakin nə Ermənistanda, nə də Dağlıq Qarabağda həmin insanların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində əsaslı addımlar atılır. Qarabağ erməniləri azərbaycanlıların həmin ərazilərə gəlməsini, onlarla birlikdə yaşamasını istəyir. Amma Ermənistan rəsmiləri buna qarşı çıxır. Onlar qanunsuz şəkildə Azərbaycan torpaqlarına səfər edib, Dağlıq Qarabağda yaşayan insanlara dəstək olduqlarını göstərmək istəyirlər. Amma səfalət içərisində, müharibə şəraitində yaşayan insanlar üçün həmin səfərlərin nə əhəmiyyəti, nə də nəticəsi var”.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın bir müddət əvvəl bir qrup rusiyalı qadınla Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərini şərh edib. Rusiya XİN-dən bildiriblər. Bu aksiyanın təşkilatçıları RF Xarici İşlər Nazirliyinə müraciət etməyiblər, ona görə də onların niyyəti barədə obyektiv fikir yürütmək çətindir
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya