"Ermənistanın silah- sursat arsenalı Rusiyanın öhdəliyindədir" - Deputat
11:13 24.08.2017
Arxiv
1029
"Rusiya ilə Ermənistan arasında hər iki dövlətə, xüsusilə Ermənistana lazım olan bütün razılaşmalar var”.
Bunu "Sherg.az”a Rusiya prezidenti Vladimir Putin və erməni həmkarı Serj Sarkisyan arasında baş tutan danışıqların nəticələrini izah edərkən millət vəkili Elman Məmmədov deyib.
O bildirib ki, Ermənistanın silah- sursat arsenalı Rusiyanın öhdəliyindədir:
"Düzdür, yalandan deyirlər ki, guya Ermənistan bu silaha görə pul ödəyir. Əslində isə Rusiya pulu da Ermənistana kreditlə verir. Rusiya bu ölkədəki ordusunu silahla təmin edir. Düşmənin hava məkanının Rusiya tərəfindən qorunması, iki dövlət arasında birləşmiş qoşun hissələrinin yaradılması haqqında və s. razılaşmalar var. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması sayəsində Ermənistan özünü qoruyur. Təşkilatın nizamnaməsindəki bəndə əsasən Ermənistana hər hansı hücum olarsa, bütün üzvlər, xüsusən Rusiya bu dövləti qorumağa borcludur".
Ermənistan iqtisadiyyatının 80 faizindən çoxunun Rusiya tərəfindən idarə olunduğunu deyən deputat qeyd edib ki, düşmən Rusiyanın razılığı olmadan addım atmaq iqtidarında deyil:
"Yəqin Serj Sarkisyan yenə nə isə dilənməyə və ya tapşırıq almağa görə, Putinlə görüşəcək. Onları ayrı cür təsəvvür etmək mümkün deyil. Çünki bu cırtdan dövləti Rusiya yaradıb, tarix boyu istifadə edib və bu gün də onu müdafiə edir. Ermənistan Rusiyanın bir quberniyası rolunu oynayır. Belə olmasaydı, bu cırtdan dövlət torpaqlarımızı işğal altında saxlaya bilməzdi. Ermənistanın hazırkı durumu belədir: "tülkü qaya kölgəsində yatıb, elə bilir öz kölgəsidir”".
Qeyd edək ki, iki ölkə liderinin Rusiya-Ermənistan münasibətlərinin aktual məsələlərini, Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində əməkdaşlığın inkişafının perspektivlərini müzakirə edəcəkləri, habelə Serj Sarkisyanın bu ilin martında Rusiyaya rəsmi səfəri zamanı əldə olunan sazişlərin icrasını nəzərdən keçirəcəkləri bildirilib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı
01:59 26.09.2026
Şou
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol