Eşitmə cihazını oğurladılar: Balaca Məmməd yenidən səssizliyə qapıldı

Adanada doğuşdan eşitmə əngəlli olan 2 yaşlı Məmməd Yusuf Daşın, küçədə oynayarkən 12 min lirə dəyərindəki biyonik qulaq cihazı oğurlandı.
Əkinçiliklə məşqul olan 18 yaşındakı ana Aişə Daş, "Mən o cihazı ala bilmək üçün qulağımdakı sırğamı, cehizlik əşyalarımı satmışdım” deyərək gözyaşı tökdü.
Aişə Daş, əmisi oğlu ilə berdel ənənəsiylə 14 yaşında nikahsız evlənib bir uşaq dünyaya gətirdi. Həyat yoldaşının qohumlarının təzyiqinə dözə bilməyən Aişə Daş, doğuşdan eşitmə əngəlli olan oğulu Məmməd Yusuf Daşı da yanına alıb, atasının evinə döndü.
Oğulunun eşidə bilməsi üçün əşyaları və qulağındakı sırğaları satıb, müalicə xərclərini qarşılayan Aişə Daş, 19 dekabrda oğuluna biyonik qulaq taxdırdı. Məmməd Yusuf Daş, biyonik
qulaqlıq taxdıqdan sonra səslərə reaksiya verib, danışılanları anlamağa başladı. Həkimlərin nəzarətində, Məmməd Yusuf Daşın yaşıdları kimi həyatının normala dönəcəyi təyin olundu.
Əkinçiliklə məşğul olub yaşayan Aişə Daş, 6 martda oğulunu evdə buraxıb iş üçün tarlaya getdi. Aişə Daş, axşam döndüyündə kiçik Məmmədin biyonik qulaq cihazının yerində olmadığını fərq etdi. Məmməd Yusuf Daşın 12 min lirə dəyərindəki qulaqlığının evlərinin qarşısında şəxsiyyəti naməlum bir adam tərəfindən oğurlandığı aydın oldu.
Qulaqlığın, oğulunun baş dərisinin altına yerləşdirilən başqa bir cihazla əlaqəli olduğunu söyləyən Aişə Daş, bu cihazın bir işə yaramayacağını ifadə edərək, "O qulaqlıq başqasının işinə yaramayacaq, Məmmədimə də yaramadı. Mən qulağımdakı sırğaları satıb taxdırdım. Tək oğulum yaşıdlarından geri qalmasın, onlar kimi olsun istədim” dedi. Cihazı oğurlayanın tutulmasını istəyən gənc qadın, "həyat yoldaşımdan ayrıldıqdan sonra tarlalarda işə başladım. Oğuluma da anam baxır, 6 martda küçədə oynayarkən, yanına velosipedli bir adam gəlmiş. Başını oxşayar kimi edib cihazı götürüb getmiş. Qulaqlığı salması qeyri-mümkün idi. Polis bölməsinə gedib müraciət etdik, polis oğurlayanı axtarır. Amma oğulum o gündən bəri yenidən səssizliyə qapılıb. Oğurlayana yalvarıram; kimsənin bir işinə yaramaz, amma oğulum üçün həyati əhəmiyyət daşıyır. Nə olar geri gətirin” deyə danışdı.