“Etika - Media Məktəbi” layihəsinə start verilib




Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il qrant müsabiqəsində qalib gələrək maliyyələşdirdiyi, Gənclərin Sağlam İnkişafı İctimai Birliyinin təşkilatçı qismində iştirak etdiyi "Etika - Media Məktəbi” layihəsinə start verilib. 

Layihəyə ilkin olaraq Gəncə şəhərində start verilib. May ayının 19 və 20-də isə Mingəçevirdə davam etdirilib. "Etika-Media Məktəbi” layihəsinin növbəti təlimləri Yevlax şəhərlərində baş tutacaqdır.

Layihə ilə bağlı "Sherg.az”a açıqlama verən "Ölkə. az” saytının baş redaktoru, Birliyin sədri Məmməd Gülməmmədovun sözlərinə görə, layihənin əsas məqsədi gənclər və KİV sahəsində çalışan gənc media nümayəndələri üçün peşəkar media təlimləri və ustad dərslərinin təşkil etməkdir. Eləcə də, belə təlimlər vasitəsi ilə proqressiv və intellektual düşünən gənc jurnalistlərin yetişməsinə töhfə vermək, Azərbaycan mediasına yeni düşüncəyə malik və həmçinin dövlətin maraqlarını hər şeydən üstün tutan gənc jurnalist ordusunun yaranmasına dəstək olmaqdır: 

"Bundan başqa layihə onlayn medianı dərindən bilən, kütləvi auditoriya ilə işləmək sahəsində bilik və bacarıqları olan gənc jurnalist mütəxəssislər hazırlamaqla yeni media və sosial şəbəkələrdə milli-mənəvi dəyərləri qoruması və etik normalara riayət olunması istiqamətində təşəbbüsləri dəstəkləməsini nəzərdə tutur. 100lərlə gənci bir araya gətirərək müfəssəl hazırlanmış təlim proqramı və praktik məşğələlərlə jurnalistikaya dair bilik və bacarıqları aşılamaq. 

Layihədə əsasən foto, radio, televiziya və onlayn jurnalistikaya dair təlimlər təşkil olunur.
Layihəyə gənclərin, tələbələrin və müxtəlif KİV-lərdə çalışan jurnalistlərin cəlb olunmağı nəzərdə tutulub. Təlimlərə başlamamışdan öncə layihə haqqında bir çox sayt və sosial şəbəkələrdə elanlar verilib. Müraciət edən bütün namizədlərin göstəriciləri araşdırılmış layihənin kriteriyalarına uyğun gələn potensiallı, daha aktiv olan gənclər seçilib. Hər şəhərdən 100 nəfərə yaxın layihəyə qatılan gənclərlə görüşlər təşkil edilmiş və təlimlər keçirilib”.

M. Gülməmmədovun sözlərinə görə, təlimlərin gedişi zamanı o da qeyd olunub ki, məqsəd Azərbaycan mediasında yeni düşüncəyə malik və həmçinin dövlətin maraqlarını hər şeydən üstün tutan gənc jurnalist ordusunun yaranmasına dəstək olmaqdır: 

" Jurnalistikanın əsas məqsədi vətəndaşların cəmiyyətdə fəaliyyət göstərə bilmələri üçün onları dəqiq və etibarlı məlumatlarla təmin etməkdir. Güclü media cəmiyyətdə maarifləndirmə işini irəliyə aparır və dayanıqlı inkişafı sürətləndirir. Medianın güclü olması jurnalistlərin öz işlərində peşəkar bacarıqlara və ümumi standartlara nə dərəcədə yiyələnmələrindən asılıdır. 

Layihədən olan gözləntilərimiz medianı dərindən bilən peşəkar gənc jurnalistlərin yetişdirilməsi işinə dəstək olaraq savadlı kadrların yaranmasıdır. Ölkə və dövlət maraqlarını qoruyan və sosial şəbəkələrdə milli-mənəvi dəyərləri təbliğ edən gənclərin maariflənməsi işinə dəstək olmaqdır. Azərbaycan mediasına peşəkar gənc jurnalist nəslin gətirilməsi işinə töhvə verməkdir. Ən əsas məqsədlərdən biri bölgələrimizdəki savadlı, potensiallı, aktiv gəncləri üzə çıxararaq Azərbaycan mediasına yeni fikirlərin gətirilməsi, yeni baxış bucaqlarının yaradılmasıdır”.

Şəymən