ETSN: Altıağac Milli Parkında yanğın söndürülür
13:25 29.07.2018
Arxiv
571
Altıağac Milli Parkında yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun 60-ya yaxın əməkdaşı cəlb olunub.
Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bildirib.
H. Əlizadə deyib ki, Dünən günorta saatlarında Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxınlığında biçənək sahəsində başlayan yanğın Altıağac Milli Parkının ərazisinə keçib. Buna səbəb güclü külək olub. H. Əlizadə qeyd edib ki, yanğın biçənək sahəsinin yandırılması ilə başlayıb, yanğında şübhəli sayılan şəxslə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq: "Yanğın çətin relyefli dağlıq ərazidə olduğu üçün əl əməyindən istifadə olunur. Qalxmaq mümkün olmayan sıldırım qayalıqlardakı yanğın isə Fövqəladə Hallar Nazirliyinin iki vertolyotu vasitəsilə söndürülür. Əməkdaşlarımızın köməyi ilə yanğın söndürülsə də, küləklə əlaqədar yanğın ocaqları tüstülənir. Onu da deyim ki, yanğın nəticəsində Altıağac Milli Parkında ağaclara az sayda ağac yanıb".
Nazirliyin departament direktoru bir daha təbiət ərazilərində insanları odla ehtiyatlı olmağa, biçilmiş taxıl və biçənək sahələrini yandırmamağa çağırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya