Eyvandan paltaryuyan maşını aşağı atmaq vəhşilikdir
08:35 21.11.2017
Arxiv
619
Ailələrdəki gərginlik artıq pik həddinə çatıb
Bakıda binadan avtomobilin üzərinə paltaryuyan maşın atıblar. Hadisə paytaxtın Nəsimi rayonu ərazisində, "Moskva” univermağının yaxınlığındakı binanın qarşısında baş verib.
Həmin binanın 8-ci mərtəbəsinin eyvanından atılan paltaryuyan maşın həyətdə dayanan "LEXUS” markalı bahalı avtomobilin üzərinə düşüb. Nəticədə avtomobil yararsız vəziyyətə düşüb.
Maraqlıdır, insanların bu cür davranışları nədən irəli gəlir? Təəssüf ki, cəmiyyət olaraq tez-tez belə xoşagəlməz hallarla qarşılaşırıq. Müxtəlif yararsız əşyaları qalıntıları eyvandan atan insanlar hələ də var. Paltaryuyan maşının eyvandan aşağı atılması isə necə deyərlər, "suyu daşıran son damcı oldu...”. Bəs, insanlar belə addım atmaqla nəyə siqnal vermək istəyirlər?
Mövzu ətrafında "Şərq”ə danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, insanların bu cür davranışları heç bir normalara uyğun deyil. Etinasızlıq, qudurğanlıq hissinin gücləndiyini deyən sosioloq həmçinin insanlarda psixoloji sarsıntıların da çoxaldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, belə gərginlik sonda da məhz belə neqativ hallara səbəb olur:
"Əvvəlki illərdə insanlara mədəni və məsuliyyətli davranışı təlqin edirdilər. Orta məktəb müəllimlərinin davranışı yeni nəslin daha intizamlı böyüməsinə kömək edirdi. Təəssüf ki, indi həm cəmiyyətin özündə, həm də ailələrdə gərginlik çoxalıb. Məktəblərdə də qabaqkı kimi nizam-intizam yoxdur. Nəticədə etinasız, durduğu yerdə özünü daha da nümayişkaranə aparıb sanki özünün üstünlüyünü göstərmək istəyən insanlar çoxalıb. İnsanlarda psixoloji sarsıntı, qorxu və digər azruedilməyən vəziyyət var. Bunlar hamısı davranışa təsir edir.
Eyni zamanda insanların baxdıqları filmlər, eşitdikləri informasiyalar, bütün gün oğrular aləmi barədə "bəzəkli” məlumatlar onlarda vəhşiliyi artırıb. Bəzən görürsən ki, ailələrdə də şikayət edirlər ki, "oğlum hansısa əşyanı sındırdı və yaxud evdəki bahalı bir şeyi atdı. Burda həm psixologiya, həm də mədəniyyət var. Psixoloji sarsıntı ilə mədəniyyətsizlik biri-birinə qarışıb və nəticədə belə arzuolunmayan təbəqə formalaşıb”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə