«Fənərbaxça»da inqilab…

Baş məşqçi Vitor Pereira məşqləri casus vertolyotla izlətdirir



«Fənərbaxça»da vertolyot kamera inqilabı yaşanır. «Sarı-göylü» klubun bütün məşqləri keçən il alınan vertolyot kamera saniyə və saniyə qeydə alır. Bu görüntülər baş məşqçi Vitor Pereira tərəfindən dəqiqliklə araşdırılır və futbolçularla əlaqədar müdhiş bir analiz bankı yaradılır. Nani başda olmaqla «Fənərbaxça»nın bütün ulduzlarının məşqdəki nəfəs alıb-vermələri belə müşahidə edilir. Bu texnoloji iş sayəsində oyunçuların müsbətləri, mənfiləri təyin olunub, oyunçu performansları analiz ediləcək.
Vertolyot kamera, yəni gerçək adıyla Drone, yalnız «Fənərbaxça»da var. Casus vertolyot 700 metr yüksəkliyə qədər çıxa bilir. Ancaq Pereiranın istəyi ilə çəkilişlər 15-20 metr yüksəklikdən edilir. Alət 25 dəqiqəyə qədər havada qala bilir, ardından yerə endirilib təkrar istifadə edilir. Alətdə GPS sistemi mövcuddur və hər kəsin nəbz, qaçış detapları da qeydə alınır. Görüntülər HD keyfiyyətindədir və çox yüksəkdir. Bu səbəblə bütün detalları göstərir. Vertolyot kamera bir adam tərəfindən əmrlə idarə edilir.