Fevralın 12-dək hava şəraiti yağıntılı keçəcək
09:02 08.02.2019
Arxiv
592
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Sherg.az"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 3 dərəcəyə yaxın isti, gündüz 5-8 dərəcə isti, Bakıda gecə 3 dərəcəyə yaxın isti, gündüz 6-8 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-5, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək.
Xəbərdarlığa görə, fevralın 08-i axşamdan 12-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm