“Forvet olsam...”

Muslera: “...Dayanan toplarda təsirli ola bilərdim”
- Ən yaxşı forvet Ronaldo, amma Braziliyalı...



"Qalatasaray”ın Uruqvaylı qapıçısı Fernando Muslera, "sarı-qırmızılı” klubun jurnalında Burak Yılmazla birlikdə özünə yönəldilən suallara səmimi cavablar verib.

-Unuda bilmədiyin qurtarışı izah edərsənmi?

-Amerika Kubokundakı Argentina matçında 89-cu dəqiqədə Tevezin sərbəst vuruşunu çıxartmışdım.

-Hansı forvetlerin qarşısında çox çətinliklə qarşılaşdın?

-De Natale və Buraka qarşı oynadığımda.

-Sən tərəfdən hansı daha stressli? Qapıçılıqmı, qol vurmağa çalışmaqmı?

-Qapıçılıq daha çətindir. Son adamsan, səni keçsə top qapıdadır. Kömək edəcək kimsə yoxdur.

-Forvetlerlə penalti anı göz gözə gəlirsənmi?

-Forvetin gözlərinə həyatda baxmaram. Yalnız penalti atan zaman.

-Bir qapıçı olaraq forvet olan Burakdan tövsiyə alırsanmı?

-Əgər forveti tanımıramsa, bəzən soruşuram rəqib forvetin xüsusiyyətini. "Sürətlimi, hava toplarında yaxşımı” kimilərindən...

-Qollardan sonra Burak ilə salamlaşırsınız, xüsusi bir mənası varmı?

-Qollardan sonra yanına getməyim çox asan deyil, çünki sahənin digər ucunda olur. Uzaqdan salamlaşırıq.

-Burakı bizə bir neçə cümlə ilə izah edərsənmi?

-Burak böyük qardaş, hər vaxt özünü inkişaf etdirən və Türkiyənin ən yaxşı forveti, amma daha əhəmiyyətlisi mükəmməl bir insandır. Təvazökar, səmimi, çox ağıllı bir insandır. Ona görə onu inanılmaz sevirəm və hörmət edirəm. Böyük adam.

-Səndən yaxşı bir forvet olardımı?

-Səkkiz yaşıma qədər forvet idim. Sonra boyum uzun olduğu üçün həmişə qapıçı oldum. Forvet olsam, dayanan toplarda təsirli ola bilərdim.

-Dünyanın ən yaxşı forveti kim? (Burak xaricində)

-Ən yaxşı forvet Ronaldo, amma Braziliyalı...

-Burakın sənə ilham verən bir qolunu izah edə bilərsənmi?

-Burakın bir çox əhəmiyyətli və gözəl qolları var. Arenada "Şalke”yə atdığı qol və ən son "Beşiktaş”a Olimpiad stadionunda atdığı qol.