"Fransa münaqişənin sülh yolu ilə həllində maraqlı ölkələrdən biridir"- Analitik
11:44 24.11.2017
Arxiv
727
"Fransa BMT tərəfindən təsdiq olunmuş Azərbaycan dövlətinin sərhədlərini, Dağlıq Qarabağ da içərisində olmaqla tanıyıb”.
Bunu "Sherg.az”a Fransanın Avropa və Xarici İşlər Nazirliyinin "Bizim mövqeyimiz aydındır: biz Dağlıq Qarabağı tanımırıq" bəyanatını şərh edərkən analitik Arzu Nağıyev söyləyib.
O qeyd edib ki, Fransa həmsədr olaraq, münaqişənin sülh yolu ilə həllində maraqlı ölkələrdən biridir:
"Lakin unutmaq lazım deyil ki, Fransa hökumətinə təsir edən erməni lobbisi və digər qüvvələr Bako Saakyan kimi qondarma prinsiplərindən istifadə edib, belə addımlar atırlar. Fransa XİN-in belə bəyanatla çıxış etməsi normaldır.
Çünki qondarma separatçı qurumu yalnız Fransa deyil, Ermənistanın özü də tanımır. Şəxsi məsələləri bu dərəcədə yüksəltmək seçki öncəsi siyasi vasitələrdir. Bu səfərdə də Bako Saakyanın qəbul edilməsi rəsmi səviyyədə baş verib. Azərbaycan XİN də bu səbəbdən nota ilə çıxış etdi.
Əslində belə məsələlər olub və olacaq. Məlum məsələdir ki, Fransada ermənipərəst qüvvələr daha çox yaşayır və bu məsələlərdən öz siyasi məqsədləri üçün istifadə edir. Düşünürəm ki, Bako Saakyan və onun kimiləri belə oyunlarda siyasi vasitədir”.
Qeyd edək ki, nazirliyin bəyanatında "Alforvil bələdiyəsi tərəfindən imzalanan "xartiya"nı hökümət riayyət etməyə məcbur deyil", - deyə vurğulanıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya