Fransa polisi bu ağbirçəyi də gözündən vurub? - Polis zorakılığı




Ötən şənbə Fransada "sarı jilet"lilər böhranının ilk günündən indiyə qədər xəsarət alan nümayişçilərə dəstək üçün "sarı jilet"lilər növbəti dəfə səfərbər olaraq böhranın XII aktını həyata keçiriblər.

"Sherg.az" "lepoint.fr"ə istinadən xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, budəfəki aksiyaya bütün ölkə üzrə 58 min 6 yüz nəfər qatılıb. Buna rəğmən "sarı jilet"lilər Fransa DİN-in açıqladığı bu rəqəmləri təkzib edir və bu nümayişə çıxanların sayının daha çox olduğunu bildirirlər. Budəfəki aksiyada diqqət çəkən başqa bir məqam ondan ibarət olub ki, əksər "sarı jilet"li gözündən xəsarət alan digər "sarı jilet"lilərə dəsətk üçün onlar da öz gözlərinə özürindən qan tökülən sarı rəng gözlük bağlayıblar.

Nümayişdəki polis zorakılığının şahidi olmuş Sen Kentendən olan sakin Jerald qeyd edib ki, insanlara qarşı polisin silahlardan istifadə etməsi onu şoka salıb:

"Sarı jilet"lilərə qarşı qumbaralardan istifadə olunur. Qumbaralar iki metrliyimizdə partlayır. Baş, göz və digər nahiyələrindən xəsarət alanların canlı şahidi olmuşam. Gördüklərim məni şoka salıb. Bu dözülməz və qəbulolunmaz haldır. Bunu etməklə insanların həyatını məhv edirlər".

Tərcümə etdi: Ayyət Əhməd