Fransa prezidenti danışarkən atəş açıldı

Fransa prezidenti Fransua Olland "Tours-Bordo" sürət qatarı xəttinin açılış mərasimində danışarkən, bir əsgərin silahından səhvən atəş çıxdı, hadisə çaxnaşmaya səbəb oldu.
Ollandı qoruyan xüsusi nişançı timi, Villognon qəsəbəsindəki mərasim sahəsinin ətrafındakı damlarda birində yer almışdı.
Olland danışan zaman, mərasim sahəsinin 100 metr məsafəsində bir damda olan əsgərlərdən birinin silahından yer dəyişdirmə zamanı atəş çıxdı. Qısa zaman kəsiyində çaxnaşmaya səbəb olan hadisədə 2 vətəndaş yaralandı.
Silah səsinə baxmayaraq danışığına ara verməyən Olland, daha sonra yaralılara "keçmiş olsun" ziyarətində bulundu.
Müalicə altına alınan yaralıların sağlamlıq vəziyyətinin yaxşı olduğu, qəzaya səbəb olan əsgərlə əlaqədar administrativ istintaq açılacağı bildirilib.