ABŞ-də dizel yanacağının ixracına qadağa qoyulması müzakirə edildi

ABŞ Viskonsin ştatının Miluoki şəhərində bir neçə G20 ölkəsi ilə dizel yanacağı ixracına mümkün qadağanı müzakirə edir.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir bu barədə "Bloomberg TV"yə verdiyi müsahibədə bildirib.

“Bu məsələ ikitərəfli şəkildə qaldırılır. Bu, plenar iclaslarda müzakirə olunmur, lakin dizel yanacağı məsələsini müzakirə etdiyimiz bir sıra ölkələr var”, - deyə o, ABŞ-nin digər G20 üzv dövlətləri ilə dizel yanacağı ixracının qadağan edilməsi ehtimalını müzakirə edib-etməməsi ilə bağlı suala cavab olaraq bildirib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton daxili qiymətlərin artması səbəbindən dizel yanacağının ixracını qadağan etməyi ciddi şəkildə nəzərdən keçirir.

"Reuters" agentliyinin məlumatına görə, ABŞ qiymətləri aşağı salmaq üçün Fransa və Almaniyadan strateji yanacaq ehtiyatlarından ən azı 120 milyon barel dizel yanacağını bazara buraxmağı tələb edib. Əks halda, Vaşinqton bu yanacağın ixracına qadağa qoyacaq.

1 oktyabrda Aİ-də dizel yanacağının qiymətləri yeni rekord həddə - 2,24 avroya çatıb.