Fransada islamı yayan alim vəfat etdi




Dinlər üzrə əlcəzairli antropoloq, psixanalist Malek Şebel vəfat edib. 

Sherg.az Fransanın "Lefigaro.fr ” saytına istinadən xəbər verir ki, bu barədə onun ailəsindən bildirilib. 

Məlumatda qeyd ounub ki, 63 yaşlı islam mütəxəsisi xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Mərhumun Əlcəzairdə dəfn olunacağı bildirilir. Sabah isə M.Şebellə Parisdə anım mərasimi keçiriləcək.

Qeyd edək ki, M.Şebel 1953- cü ildə Əlcəzairdə anadan olub. Bir çox əsərlərin müəllifi olan M.Şebel ən tanınmış islam alimi idi. İslam dini ilə bağlı ABŞ və Fransada yüzlərlə təlimlər keçib. O, "Qurani-Kərimi” "Məhəmməd, İslam peyğəmbəri ”, "İslam və haqq”, "İslam və 100 sual” əsərlərini tərcümə edib. O, 2008-ci ildə Nikola Sarkozi M.Şebeli şərəf ordeni ilə təltif edib. Və təqdimat zamanı N.Sarkozi M.Şebelə üz tutaraq deyib: " Siz Fransa vətəndaşlarını onlara həyatı, sevgini öyrədən islamla tanış etdiniz”.

Ayyət