"“Freedom House” heç bir araşdırma aparmadan qərəzli hesabatlar hazırlayır"
12:19 08.02.2019
Arxiv
568
"Freedom House” ABŞ-ın xüsusi xidmət orqanlarına bağlı olan qeyri-hökumət təşkilatıdır. Əslində Amerikanın imperialist siyasətinə don geyindirmək üçün yaradılmış və QHT adı ilə fəaliyyət göstərən bir qurumdur”.
Bunu "Sherg.az”a açıqlamasında Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov deyib.
Tanınmış hüquq müdafiəçisi bildirib ki, istənilən halda "Freedom House” təşkilatının hesabatları subyektiv xarakter daşıyır və Azərbaycan kimi ölkələrə qarşı tam qərəzli yanaşma sərgiləyir:
"Təşkilatın Azərbaycanı insan haqları və demokratiya ilə bağlı Cənubi Qafqazda bilərəkdən aşağı sıralara salması rəsmi Bakıya təzyiq vasitəsidir. Gürcüstan və Ermənistandan fərqli olaraq Azərbaycan 26 ildir ki, öz xarici siyasətini tam müstəqil şəkildə həyata keçirir. Lakin qonşu Gürcüstan və Ermənistan üçün bu fikri söyləmək mümkün deyil. Gürcüstanda hər beş ildən bir hakimiyyət dəyişikliyi fonunda ölkənin xarixi siyasəti də dəyişir. Çünki Gürcüstan bir zamanlar başqa xarici qüvvələrin təsiri altında idisə, bugün tamam başqa dairələrin nəzarətindədir.
Tbilisinin yeritdiyi xarici siyasətdə bunu açıq görmək mümkündür. Ermənistan da bir vaxtlar konkret Rusiyanın forpostu idisə, indi bir qədər Qərbə yönəlik kurs seçib. O səbəbdən də "Freedom House” təşkilatı İrəvana bir "jest” edir, kömək əlini uzadır. Son vaxtlar bir sıra Avropa ölkələrində qondarma erməni "soyrıqımı”nın tanınması, Fransada 24 aprelin "soyqırım” günü kimi elan edilməsi, ABŞ və Avropa Birliyinin Ermənistana qarşılıqsız maddi yardımları Paşinyan hökumətinə "dost” yardımıdır”.
Ekspertin fikrincə, Azərbaycana qarşı qərəzli münasibətin səbəbi odur ki, dövlətimiz 1993-cü ildən bəri tam müstəqil xarici siyasət yürüdür və heç bir dövlətin diqtəsi ilə hərəkət etmir:
"Azərbaycan bütün qonşuları ilə balanslaşdırılmış siyasət yeridir. Şimal qonşumuz Rusiya ilə gözəl münasibətlərimiz var. Hətta bu əlaqələrdən narahat olan ABŞ və Avropa ölkələri ilə də normal iqtisadi-siyasi və strateji əməkdaşlığa sahibik. Həmçinin, cənub qonşumuz İranla yaxşı münasibətlərimiz formalaşıb. Tehranla əməkdaşlığımızdan heç də məmnun olmayan İsrail dövləti ilə güclü əlaqələrimiz mövcuddur.
Bu, bir daha onu göstərir ki, Azərbaycan heç bir beynəlxalq münaqişədə tərəf kimi rol almır. Rəsmi Bakının mövqeyi imperialist ölkələrin, xüsusən ABŞ-ın xoşuna gəlmir. O səbəbdən hər vəchlə Azərbaycanı geriyə salmağa çalışırlar. "Freedom House” heç bir araşdırma aparmadan sadəcə Amerikanın müəyyən dövlət qurumlarından gələn tezislər əsasında qərəzli hesabatlar hazırlayır. Zənn edirlər ki, guya bununla Azərbaycana təsir edə biləcəklər. Amma heç bir faydası olmayacaq. Çünki rəsmi Bakı siyasi kursunu özü müstəqil şəkildə formalaşdırır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm