Şəhərətrafı qəsəbə sakinlərinin maddi durumu şəhər sakinləri ilə eyni deyil. Amma əksinə, şəhər içində gediş haqqı aşağı, şəhərətrafı qəsəbələrə isə ondan yüksəkdir
Gediş haqlarına yenidən baxılmalıdır
Kəndə gedən sərnişinlərin vəziyyəti nəzərə alınmalıdır
Şəhərətrafı qəsəbə sakinlərinin maddi durumu şəhər sakinləri ilə eyni deyil. Amma əksinə, şəhər içində gediş haqqı aşağı, şəhərətrafı qəsəbələrə isə ondan yüksəkdir
Şəhərətrafı qəsəbə sakinlərinin maddi durumu şəhər sakinləri ilə eyni deyil. Amma əksinə, şəhər içində gediş haqqı aşağı, şəhərətrafı qəsəbələrə isə ondan yüksəkdir
İctimai nəqliyyatda məsafəyə görə gediş haqqı problemi sərnişinləri ən çox narahat edən məsələdir. Bakıətrafı qəsəbələrə gedən avtobuslarda fərqli qiymət – 30, 40, bəzən 50 qəpik də yazıldığını çoxumuz müşahidə etmişik, sürücü də sərnişindən «harada minmisən» soruşmaqla məsafəni təyin edib, buna uyğun, ya 30, ya da 40 qəpik gediş haqqı alır. Məsafəyə görə təyin edilən gediş haqqından narazı qalan sərnişinlər də olur. Bəzənsə məsafədən asılı olmayaraq sürücülər sərnişinlərdən eyni məbləği tələb edir. Yəni 2-3 dayanacaq gedən də sonuncu dayanacağa kimi gedən sərnişin qədər pul ödəməli olur.
Bəzən belə mübahisədən sərnişin, bəzən isə sürücü qalib ayrılır.
Bakı Nəqliyyat Agentliyi bu məsələyə aydınlıq gətirib.
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu mövzuda sürücülər haqsızdır:
"Gediş haqları məsafəyə görə nizamlanır, yəni məsafəyə görə təyin olunur. Sürücü hamıdan sonuncu dayanacağa kimi verilməli olan gediş haqqını tələb edə bilməz”.
BNA sözçüsü qeyd edib ki, bu məsələ, əslində, kartlı sistemlə tənzimlənməlidir: "Bizdə hələ ki, bu sistem yoxdur. Bütün avtobuslar kart sisteminə keçəndən sonra yeni sistem tətbiq olunacaq. Belə ki, qapıdan girən kimi kart vurulanda sonuncu gedişə kimi olan məbləğ kartdan tutulacaq. Yarı yolda düşəndə çıxış qapısındakı sistemə kart yaxınlaşdırılanda isə qalan yol üçün nəzərdə tutulan məbləğ balansa oturacaq”.
"Hələlik bu sistemimiz olmadığı üçün sərnişinlərə deyirik ki, getdikləri məsafəyə görə gediş haqqı ödəsinlər. Sürücü etiraz edərsə, sərnişinlər bizə müraciət etsinlər, sürücü haqqında tədbir görək” – deyə M.Əliyev vurğulayıb.
Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli problemin həlli üçün 3 variant təklif etdiyini dedi:
- Yaxşı olardı ki, BNA ictimai nəqliyyat şirkətlərinə qiymətləri optimallaşdırmaq səlahiyyəti verərdi. Qiymətlərin optimallaşdırılması nə deməkdir; məlumdur ki, yoxsulluq göstəricisi şəhərdən kəndə doğru dəyişir.
Kənd yerlərində məşğulluq səviyyəsi aşağı olduğundan istər-istəməz maddi imkanlar da fərqlidir. Şəhərətrafı qəsəbə sakinlərinin maddi durumu şəhər sakinləri ilə eyni deyil. Amma əksinə, şəhər içində gediş haqqı aşağı, şəhərətrafı qəsəbələrə isə ondan yüksəkdir. BNA sosial ədalət prinsipinin pozulmasına yol verməməlidir. İctimai nəqliyyatda ortaq tarif tətbiq olunmalıdır. Deyə bilərlər ki, yaxın məsafəyə yanacaq məsrəfi ilə uzaq məsafəyə sərf olunan yanacaq məsrəfi eyni deyil. Bu, ilk baxışda belədir. Dərin analiz etdikdə isə yaxın məsafəyə görə ödənilən məbləğin uzaq məsafəyə sərf olunan sərfiyyatı ödədiyi görünür. Yaxın məsafədə qazanılan pullar uzaq məsafəyə görə ödənilən gediş haqqını əslində qapadır.
Əgər BNA həqiqətən də sistemli şəkildə vətəndaşın mənafeyini qorumaq istəyirsə, nəqliyyat şirkətlərinə öz yanacaqdoldurma məntəqələrini yaratmaq imkanı versin. Belə olarsa, şirkətlər yanacağı topdansatış qiymətinə alacaq, bu da yanacaq məsrəfinə sərf olunan vəsaitin azalmasına gətirib çıxaracaq, nəticədə gediş haqlarında fərqliliyi aradan qaldırmaq üçün imkan yaranacaq. Sovet vaxtı hər bir avtobus parkının, taksi parkının, hətta sovxozların da öz yanacaqdoldurma məntəqələri vardı və bunun sayəsində nəqliyyat vasitələrinin yanacağa sərf etdiyi xərci ödəmiş olurdu. Qiymətləri də balanslaşdıra bilirdilər.
Üçüncü variant, sərnişin sıxlığının nəzərə alınmasıdır. Əgər «ças-pik» saatlarında sərnişin sıxlığı nəzərə alınaraq xəttə artıq avtobuslar buraxılarsa, sərfiyyat da ödənmiş olar. Bir var, avtobus gün ərzində 5 dairə gediş-gəliş etmiş olsun, bir də var 10 dairə. Əlbəttə, 10 dairədə toplanan vəsait də artıq olacaq. Belədə niyə də gediş haqlarında vahid qiymət tətbiq edilməsin?! Bir də ki, Bakıətrafı qəsəbələr uzaq məsafə kateqoriyasına aid edilməməlidir. Uzaq məsafə şəhərdən kənara çıxmalardır, məsələn, Sumqayıt şəhəri.
Bir halda ki, Mərdəkan, Maştağa, Binə, Ramanı, Bakının inzibati vahidləridir, hər biri Bakının inzibati rayonlarına – Xəzər, Sabunçu, Suraxanı və sairə… aiddir, bu ərazilər niyə «Bakı kəndləri» adı altında ayrılıb, uzaq məsafəli ərazi kimi müəyyənləşməli və gediş haqqı da yüksək – fərqli olmalıdır? Üstəlik, Bakıətrafı adı qoyulan ərazilərdə tıxac problemi də yoxdur. Məsələn, 28 Maydan Əhmədliyə gələn avtobus yolda yubanır, daha çox yanacaq sərf edir, nəinki Bakıətrafı qəsəbələrə gedən avtobuslar, çünki yollar rahatdır, tıxac da yoxdur. Deməli, Bakıətrafı qəsəbələrə gedən avtobuslar daha az yanacaq sərf edir, amma qiymət, əksinə, bahadır.
İ.Hüseynli qonşu Ukraynada ictimai nəqliyyatda bilet sisteminin tətbiq edildiyini bildirdi:
- Kiyevdə nəqliyyatda bilet sistemidir. Hər məsafənin özünə uyğun bilet satışı var, məntəqələrdə sərnişinlər gedəcəkləri ünvana uyğun bilet alır və avtobusa minirlər. Ukraynada uzaq məsafə dedikdə yalnız Kiyevdən sonrakı digər böyük şəhərlər nəzərdə tutulur. Bakıətrafı kəndlər isə qəsəbə statusunda və Bakı şəhərinin coğrafi bölgüsünə aiddir. Niyə bu ərazilərə gediş haqqı fərqli olmalıdır, məntiq görmürəm.
Məlahət Rzayeva