Macarıstanın XİN başçısı Lavrovla görüş ehtimalını istisna etməyib

Macarıstanın xarici işlər naziri Anita Orban Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşün mümkünlüyünü istisna etməyib.

Sherg.az xəbər verir ki, “Valasz Online” nəşrinə müsahibəsində o bildirib ki, xarici işlər nazirləri səviyyəsində müzakirə tələb edən məsələ yaranarsa, belə bir görüş keçirilə bilər.

Orban qeyd edib ki, Budapeşt Moskva ilə praqmatik dialoqun davam etdirilməsində və işgüzar münasibətlərin qorunmasında maraqlıdır.

Bundan əvvəl Rusiyanın Macarıstandakı səfiri Yevgeni Stanislavov iki ölkə arasında enerji sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayaraq, “Paks-2” AES layihəsi üzrə danışıqların bərpasına ümid etdiyini bildirmişdi.