Maskalı şəxslər deputatın evinə basqın ediblər

Səhər saatlarında maskalı şəxslər Gümrü millət vəkili Martun Qriqoryanın evinə basqın ediblər.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb. 

Qeyd edək ki, M.Qriqoryan "Çiçəklənən Ermənistan" Partiyasından 2026-cı il parlament seçkilərinə namizədliyini irəli sürür.