Rusiya açıqlayıb: Ermənistandan gələn meyvə və tərəvəzlə bağlı problemlər var

Ermənistandan gələn meyvə və tərəvəzlə də bağlı problemlər var.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti-Rosselxoznadzorun rəhbəri Sergey Dankvert bildirib.

Onun sözlərinə görə, Ermənistandan gələn tədarüklə bağlı problemlərin təkcə güllərə deyil, həm də meyvə və tərəvəzlərə aiddir.

Qeyd edək ki, Rusiya mayın 22-dən etibarən Ermənistandan gül idxalına məhdudiyyətlər tətbiq edəcəyini açıqlayıb.

Rosselxoznadzor qərarın Rusiyanın fitosanitar təhlükəsizliyini və ixrac potensialını qorumaq üçün verildiyini bildirib.