Gənc müəllimlərimiz məktəbə yox, elə bil toya gedirlər
20:57 11.01.2016
Arxiv
1211
“Müəllimlər şalvar geyə bilərlər. Amma o halda ki, yalnız qara rəngdə və əzaya yapışmayan olsun”
Mətbuatda yayılan məlumata görə, Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov son keçirdiyi iclasda məktəblərdə qadın müəllimlərin şalvar geyinməsini qadağan edib. hətta qadın müəllimlərin şagirdlərin qarşısına şalvarda yox, rəsmi formada çıxmalı olduğunu vurğulayan icra başçısının göstərişlərinə məktəblərdə əməl edilməyə başlanıldığı da qeyd olunub.
Belə ki, qadınlar şalvarda deyil, pencək-yubka geyinərək şagirdlərin qarşısına çıxırlar. Eyni zamanda Z.Fərəcov məktəb və bağçaları gözlənilmədən təftiş edir. İndi təhsil müəssisələri əvvəlcədən xəbər vermədən gələn icra başçısını hər an gözləyirlər. Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlünün qənaətincə, pedaqoqların məktəbə aşırı bər-bəzəkli, sinəsində yazılı şəkillərdən ibarət, həmçinin çoxlu sayda zinət əşyaları ilə gəlmələri yolverilməz haldır: "Müəllim şagirdə təkcə bilik vermir, müəllim həm də şagirdə estetik tərbiyə verməlidir. Təəssüf ki, son zamanlar müəllimlər açıq-saçıq geyimlərə daha çox üstünlük verirlər. Bədənin əzalarını göstərən şalvarların geyinilməsi, kəmərlərin bağlanması şagirdlər üçün çox pis örnəkdir. Son illər də retuz kimi şalvarlar dəbə minib. İnsanda ikrah oyadır. Mən qadın müəllimlərin məktəbə şalvar geyinməsinin əleyhinə deyiləm. Müəllimlər şalvar geyə bilərlər. Amma o halda ki, yalnız qara rəngdə və əzaya yapışmayan olsun”. Xarici ölkələrdə qadın müəllimlərin məktəblərə şalvar geyinməsinə rəsmi qaydada icazə verildiyini vurğulayan xanım ekspertin sözlərinə görə, elə bizə qonşu olan Gürcüstanda və qardaş ölkə Türkiyədə bu cürdür: "Türkiyənin istənilən fənn müəllimi sinifə daxil olanda ağ xalat geyinir. Kosmetik vasitələrdən istifadə etmirlər. Bu mənada şalvar qadağasından daha çox geyimlərin sadələşdirilməsinin tərəfdarıyam. Burada isə əsas məsuliyyət müəllimlərin öz üzərinə düşür. Bizim gənc müəllimlərimiz məktəbə elə formada gedir ki, kənardan baxan onun toya getdiyini düşünür”. Yerli icra orqanlarının orta məktəblərdəki nizam-intizama müdaxilə səlahiyyətinin olub-olmamasına gəldikdə isə yerli təhsil şöbələrinin icra strukturlarının bir şöbəsi olduğunu deyib: "Ancaq bu o demək deyil ki, icra başçıları məktəblərdə kadr təyinatına, tədrisin gedişinə, təlim- tərbiyəyə müdaxilə etməlidir. Sadəcə olaraq, bu məsələ "Təhsil haqqında” qanunda açıq qaldığı üçün icra orqanları orta məktəblərdə öz diktəsini yeridir. Hətta müəllim təyinatı, mükafatlandırılması, müəllimin işdən çıxarılması kimi proseslərə "əl” qoyur. Ancaq xarici təcrübə göstərir ki, yerli icra hakimiyyətləri məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, kommunal xidmətlərinin yüksək səviyyədə təşkili kimi işlərlə məşğul olmalı, təlim-tədrisin keyfiyyətinə, kadr təyinatına qarışmamalıdır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat