Sərt eniş: Sərnişin təyyarəsinin eniş təkərləri parçalandı - FOTOLAR

Taylandın Phuket Beynəlxalq Hava Limanında Hindistanın Haydarabad şəhərindən gələn "Air India Express"ə aid "Boeinq 737-800" tipli sərnişin təyyarəsi sərt eniş edib və eniş təkərləri qırılıb.

Təyyarədə 131 sərnişin və 7 ekipaj üzvü olub və hamısı təhlükəsiz şəkildə təxliyə edilib. Hadisə zamanı heç kəs xəsarət almayıb. Təyyarənin pistdən çıxmaması və yanğın baş verməməsi böyük faciəni önləyib.

Təyyarənin burun təkərində texniki problem olduğu qeyd olunub və hadisə ilə bağlı ətraflı araşdırma başlanılıb. Təhlükəsizlik səbəbi ilə hava limanının tək pisti təxminən 5 saatlıq müddətə bağlanıb, bir sıra uçuşlar gecikdirilib və alternativ hava limanlarına yönləndirilib.