Gəncədə dəhşətli qəzada 6 nəfər öldü
22:52 05.04.2014
Arxiv
759
Gəncədə 6 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
Gəncə şəhər Baş Polis İdarəsindənAPA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 18.30 radələrində şəhərin Nizami küçəsi ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində baş verib. Şəmkir rayon Zəyəm qəsəbə sakini, 1986-ci il təvəllüdlü Vasif Rafiq oğlu Rəcəbovun idarə etdiyi 40 BD 971 dövlət nömrə nişanlı "Kamaz” markalı avtomobillə, Şəmkir rayon Könüllü kənd sakini, 1984-cü il təvəllüdlü, Elməddin Seyfəddin oğlu Məmmədovun idarə etdiyi, 57 BT 795 dövlət nömrə nişanlı "VAZ 21015” markalı avtomobil toqquşub.
Qəza nəticəsində "VAZ 2105”-in sürücüsü də daxil olmaqla sərnişinlər Gəncə şəhər sakinləri, 1990-cı il təvəllüdlü Taleh Telman oğlu Leqmanzadə, 1977-ci il təvəllüdlü İlham Nazim oğlu Əskərov, 1978-ci il təvəllüdlü Elxan İsa oğlu Seyidov, Şəmkir rayon Könüllü kənd sakini, 1987-ci il təvəllüdlü Seymur Rakif oğlu Hüseynov, Şəmkir rayon sakini, 1977-ci il təvəllüdlü Elşad Elman oğlu Osmanov hadisə yerində ölüblər. Cəsədlər ciddi deformasiyaya uğramış avtomobilin salonundan FHN əməkdaşları tərəfindən xüsusi alət və avadanlıq vasitəsi ilə çıxarılıb.
Hadisə yerinə Gəncə şəhər Baş Polis İdarəsinin və Gəncə şəhər Prokurorluğunun əməkdaşları tədqiqat aparıblar.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, istintaq aparılır.
***
19.18
Gəncə şəhərində dəhşətli yol-nəqliyyat qəzası baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 18:00 radələrində şəhərin Nizami küçəsi ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində baş verib.
57 BT 795 dövlət nömrə nişanlı "VAZ-21015” markalı avtomobillə 40 BD 971 dövlət nömrə nişanlı "KamAZ” markalı avtomobil toqquşub. Qəza nəticəsində 6 nəfər dünyasını dəyişib. Hazırda ölən şəxslərin adları müəyyənləşdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət