Gəncədə qadın dəm qazından zəhərlənib

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 4 mikrorayonunda baş verib.

1989-cu il təcəllüdlü Aysu Məmmədova  zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.